reklam
Regionxeberlericom.az » Siyasət » Çexiyadakı Prezident seçkilərində ilk turun qalibi açıqlandı - Yenilənib

reklam

Çexiyadakı Prezident seçkilərində ilk turun qalibi açıqlandı - Yenilənib

















Ehtiyatda olan ordu generalı Petr Pavel Çexiyada keçirilən Prezident seçkilərinin birinci turunda seçki məntəqələrinin 98,92 faizində səslər hesablandıqdan sonra lider olub.

Bu barədə Çexiya Statistika İdarəsi məlumat yayıb.

Pavel birinci turda qutulara gələn seçicilərin 35,20%-nin səsini qazanıb. Onun əsas rəqibi, Çexiyanın keçmiş Baş naziri Andrey Babiş seçicilərin 35,18%-nin dəstəyini qazanıb. Pavel və Babiş yanvarın 27 və 28-də keçiriləcək seçkilərin ikinci turuna daxil olublar. Çexiya mətbuatının proqnozlarına görə, məhz Pavelin Çexiya prezidenti olmaq şansı daha çoxdur.

***21:47

Keçmiş Baş nazir və ANO hərəkatının sədri Andrey Babiş Çexiyada Prezident seçkilərinin birinci turunda liderlik edir. 

Bu barədə yanvarın 14-də STK xəbər agentliyi məlumat yayıb. Məntəqələrin 70 faizində səsvermənin nəticələri hesablandıqdan sonra Babiş 37,8 faiz, NATO-nun hərbi komitəsinin keçmiş rəhbəri Petr Pavel isə 32,7 faiz səs toplayıb. Birinci turda seçici fəallığı, ilkin məlumatlara görə, 67,1 faiz olub. Digər altı iddiaçıdan heç biri ilk turun nəticələrinə görə onlara çata bilməyəcək.

Üçüncü yerdə Mendel Universitetinin keçmiş rektoru Danuşe Nerudova qərarlaşıb.

Prezident seçkilərində ümumilikdə səkkiz namizəd var. Ölkəyə rəhbərlik etmək üçün onlardan biri ən azı 50 faiz səs toplamalıdır.




Paylaş:


Müəllif : Tarix:
15-01-2023, 00:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər