Avropanın yeni HOQQASI
“Avropa İttifaqının növbəti missiyasının Ermənistanla Azərbaycan sərhədinə yeridilməsi, birbaşa sülh müqaviləsinin əldə olunmasına mane törədir. Bu missiyanın məqsədi bəlli deyil. Müvafiq kontingent əgər ora göndərilirsə, təbii ki? Azərbaycan dövlətinin də razılığı olmalıdır”.
Bu barədə Bizimyol.info xəbər portalına deputat Nəsib Məhəməliyev danışıb. Qeyd edib ki, Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə dörd görüş keçirilib. Həmin danışıqların hər birində kifayət qədər məhsuldar nəticələr əldə edilib. Əslində sülh müqaviləsinin layihəsi üzərində iş görülməli idi. Bunu Ermənistan da qəbul etmişdi. Amma sonradan Praqada Makronun müdaxiləsi nəticəsində bu proses dayandı.
“Bu danışıqlardan sonra əlavə hansısa missiyasının göndərilməsinə nə zərurət var idi? Bu səbəbdən də Avropa İttifaqının birtərəfli qaydada ora missiya göndərməsi məqsədyönlü və sülhün əldə olunmasına qarşı yönəlik bir addımdır. Avropa parlamenti 30 illik işğal dönəmində belə zaman-zaman Azərbaycana qarşı ədalətsiz yanaşmalar sərgiləyib. Parlamentdə kifayət qədər ermənipərəst və müəyyən mənada ermənilərdən daha çox erməni olan siyasi qüvvələr, satılmış siyasətçilər, parlamentarilər var. Bu yaxınlarda onların ən aktivlərindən biri Yunanıstanı təmsil edən Avropa parlamentarsinin həbsinə şahid olduq. Artıq kifayət qədər erməni diasporu, erməni mafiyası ilə əlaqəli olduqları bəlli olub. Belə olan halda biz Avropa İttifaqının birtərəfli qaydada göndərdiyi missiyaya necə etibar edə bilərik?! Missiya göndərilməzdən əvvəl Brüsseldə razılıqlar əldə olunmuşdu. İki il keçib, amma Zəngəzur dəhlizi açılmır. Naxçıvan ilə əlaqə bərpa olunmayıb. Qarabağdan erməni silahlı dəstələri çıxarılmayıb”.
Deməli, Ermənistan Qarabağda yaşayan ermənilər üçün Laçın dəhlizindən şəffaf yol istəyirsə, həmin şəraiti Naxçıvan üçün də yaratmalıdır. Onlar Laçın dəhlizində gediş-gəlişin bərpa edilməsini tələb edirlər. Ancaq Naxçıvana gəldikdə isə burada gediş-gəliş Ermənistan hökümətinin nəzarətində olmalıdır. Beynəlxalq tariflərə uyğun olaraq, hər keçidə görə vəsait köçürülməlidir.
Nəsib Məhəməliyevin fikrincə, Avropa parlamentinin ən böyük nöqsanı prosseslərə obyektiv, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun yox, məhz ikili standartlarda yanaşmadır. “Qarabağda cəmi 25-30 min nəfər erməni yaşayır. Dünyanın hansı ölkəsində 25-30 min nəfər yaşayan ərazi üçün xüsusi bir status tələb olunur? Avropa İttifaqının göbəyində olan Kataloniyada milyonlarla insan küçələrə axışdı, referendum keçirdilər, ancaq qəbul olunmadı. Eyni zamanda Fransanın Korsika əyaləti, Yeni Kaladoniyaya diqqət edək… Fransadan on min kilometrlərlə uzaqda olan ərazilər Fransa proteksiyasındadır. Yəni bu ikili standartlar, bir çox hallarda xristian təəssübkeşliyi və böyük güclərin geosiyasi maraqları imkan vermir ki, məsələ ədalətli həllini tapsın.
Müharibədən sonra Ermənistan elə bir vəziyyətdə idi ki, artıq bütün məsələlərlə razılaşmışdı, kapitulyasiya olunmuşdu. Onları diriltməyə can atan Avropa İttifaqıdır. Eyni zamanda tarixən Qafqazda "varlığını" qoruyub saxlayan Rusiyadır. Yəni bunlar öz aralarında çox ziddiyyətli mövqe tutsalar da, erməni məsələsində fikirləri üst-üstə düşür. Hətta özləri düşmən olsalar belə, erməni məsələsində ümumi maraqdan çıxış edirlər”.
Deputatın fikrincə, İran və digər ölkələrin erməni məsələsində zombiləşmiş bir mövqeyi var. Bu Azərbaycan üçün qəbulolunmazdır. Azərbaycanın isı konkret dövlət, milli maraqları var. Azərbaycan prezidenti İlham Əliyev sistemli şəkildə, əsaslandırılmış olaraq bu maraqları müdafiə edir.
“Biz imkan verə bilmərik ki, 100 ildən artıq müddətdə dünyada bir hörümçək toru kimi yayılmış saxta erməni təbliğatı və onlara qulluq edən satqın lobbi təşkilatları, satılmış siyasətçilər bizim milli maraqlarımızı üstələsin. Bu qeyri-mümkündür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-01-2023, 10:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər