Laçın dəhlizində gömrük postu qoyulmalıdırmı?.. - AKTUAL
“Şuşa-Xankəndi yolundakı aksiyaların nəticəsi heç də ermənilərin dünyaya car çəkdiyi kimi deyil. Humanitar böhranın başlaması, erməni xalqının Qarabağdan təmizlənməsi prosesi, genosid və yayılan digər cəfəng məlumatlar əsassızdır. Dünyada sz qala hamı üçün əlçatan olan "Youtube"-da aksiya ilə bağlı, xüsusən canlı kifayət qədər videolar, yazılar var. Hamı, bütün dünya görür ki, orada sərbəst mülkü maşınlar, mülkü şəxslər, minik avtomobilləri, Rusiya sülhməramlılarının avtomobilləri, eyni zamanda “Qırmızı xaç cəmiyyətinin” nümayəndələri, hər kəs üçün gediş-gəliş sərbəstdir.
Sadəcə, həyasız təbliğat bu işdə aktivlik göstərir və onlara dəstək verən xarici qüvvələr də yox deyil”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. O hesab edir ki, aksiyalar davam etməlidir. Çünki bu nümayişin müəyyən müsbət nəticələri artıq müşahidə edilir.
“Hamı bilir ki, İran ərazisindən Qarabağa diversantlar keçmişdi. Onların fotoşəkilləri, hətta kimliyi barədə Azərbaycan xüsusi orqanlarında məlumatlar var. Ermənistanda istehsal olunmuş minaların keçirilməsi, daşınması, erməni hərbiçilərinin silahlandırılmasə kimi prosseslər artıq nəinki Azərbaycana, bunu bilmək istəyən bütün dünya ölkələrinə məlumdur.
Aradan iki il keçməsinə baxmayaraq, ərazilərimizdə 2021-ci ildə istehsal olunmuş minalar aşkarlanır”- deyən deputat qeyd edib ki, keçən müddət ərzində 200 nəfərdən çox Azərbaycan vətəndaşı- hərbçilər, mülkü şəxslər mina qurbanı olub.
Növbəti mərhələdə Laçın dəhlizi üzərində Azərbaycan dövləti öz nəzarətini həyata keçirməlidir, keçirəcək də. Konkret olaraq gömrük postları qoyulmalıdır. Kimliyindən asılı olmayaraq, Azərbaycan ərazisindən keçən yüklər, şəxslər burada Azərbaycan dövlətinin nəzarəti altında olmalıdırlar.
"Biz imkan verə bilmərik ki, Qarabağda yeni bir silahlı münaqişə formalaşsın, silahlı dəstələr yaransın və müharibə başlasın. Biz bunun qarşısını almalıyıq”,- deyə deputat fikrini yekunlaşdırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-01-2023, 10:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər