reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycana qarşı xainliyi işə yaramadı - Ermənistandan İrana ağır zərbə

reklam

Azərbaycana qarşı xainliyi işə yaramadı - Ermənistandan İrana ağır zərbə


“Nə baş verdiyini bilməliyik. Baş verən odur ki, Ermənistan indiki geosiyasi vəziyyətdə ölkəmizin de-yure tərəfdaşı və müttəfiqi ilə açıq-aşkar düşmən olan geosiyasi ittifaqın (Avropa Birliyi) birləşməsini regiona dəvət edir. Həmin birlik Ermənistanın faktiki müttəfiqi olan İranın düşmənidir”.


Regionxeberlericom.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan deyib.


“İranda nə baş verdiyini başa düşürükmü? İran 150 min hərbçisini sərhədə Ermənistanı müdafiə məqsədilə Azərbaycana qarşı göndərmişdi. Bəli, İran ilk növbədə öz maraqlarını müdafiə edir, amma bu, bizim maraqlarımızla üst-üstə düşürdü. İndi faktiki olaraq iki gün əvvəl İranı hədələyən dövlətlərin (AB) nümayəndələrini İran sərhədinə gətiririk. Cəmi dörd gün əvvəl İrana qarşı yeni sanksiyalar tətbiq olunub”, - sabiq deputat bildirib.


Abovyanın sözlərinə görə, AB Ermənistana müşahidə missiyası göndərməsinə baxmayaraq, Azərbaycandan neft-qaz tədarükünü təxminən dörd dəfə artırıb.




Paylaş:


Müəllif : Tarix:
27-01-2023, 17:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər