reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycan - Rumıniya tərəfdaşlığı daha da gücləndiriləcək - MƏQALƏ

reklam

Azərbaycan - Rumıniya tərəfdaşlığı daha da gücləndiriləcək - MƏQALƏ


Azərbaycanla Rumıya arasında dövlətlərarası dostluq və əməkdaşlıq hələ XV əsrdən başlayıb. Bu əlaqələr demək olar ki, tarixdən gələn münasibətlərə söykənir. İki dövlət arasında münasibətlər isə həmişə xoş məramlı olub.

Rumıniya 11 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini qardaş Türkiyədən sonra rəsmi şəkildə tanıyan ikinci ölkədir. Avropa ölkələri arasında isə ilk ölkədir. Ölkələrimiz arasında diplomatik əlaqələr artıq 19 iyul 1992-ci il tarixdə yaradılmışdır.

Rumıniyanın Azərbaycan Respublikasında Səfirliyi 3 noyabr 1998-ci ildən, Azərbaycanın Rumıniyada Səfirliyi isə 21 may 2001-ci ildən fəaliyyət göstərir.

Bu müddət ərzində Azərbaycan Rumıniya arasında strateji tərəfdaşlıq olub və iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün əlverişlı zəmin formalaşıb.

2004-cü ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət başçısı statusunda Rumıniyada ilk dəfə rəsmi səfərdə olub. Dövlət başçımızın Rumıniya Respublikasının rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb və yeni təşəbbüslər irəli sürülüb. Bəhs olunan səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. 2009-cu ildə sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlıgın qurulması haqqında Bəyannamə” imzalanıb.

Fevral ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin Bakıda geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır. Biz gələcək addımlarımızı geniş şəkildə müzakirə etdik və indi nümayəndə heyətləri üzvlərinin iştirakı ilə bunu davam etdirəcəyik. Eyni zamanda. Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari iş birliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik”.

Azərbaycan və Rumıniya iqtisadi komissiyası ötən illər ərzində görüşlər keçirib. Bir sıra məsələlər müzakirə olunub. Komissiya bu il də görüşməyi qərara alıb.

Enerji gündəliyi ilə bağlı əməkdaşlıq üçün də geniş perspektivlər vardır. Bu perspektivlər komissiyanın işini daha da intensivləşdirəcəkdir. Eyni zamanda enerji layihələri Azərbaycan və Rumıniya tərəfdaşlığını şübhəsiz ki, daha da gücləndirəcək.

Azərbaycan və Rumıniya arasında olan yüksək səviyyədə görüşlər və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Hər bir sahədə olduğu kimi ticari-iqtisadi sahələrdə də ürəkaçan nəticələr mövcuddur. Ticarət dövriyyəsi bu günə kimi iki dəfədən çox artmışdır. Dövriyyənin daha da artırılması nəzərdə tutulub. Belə ki, ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.

Görüşdə energetika sahəsinin müzakirəsinə də geniş yer verilib. Qeyd edilib ki, Energetika təkcə Rumıniya Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək.

Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa ittifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Biz öz qaz ixracatımızı sürətlə artırırıq və ilk növbədə, Avropa məkanına”.

Görüşdə digər sahələrin, eyni zamanda nəqliyyat sahəsinin də prioritet təşkil edə biləcəyi qeyd olundu. Dövlət başçımız həm qaz, həm yaşıl enerji dəhlizlərinin o cümlədən nəqliyyat sahəsinin gözəl nəticələr verəcəyinə əmin olduğunu bildirdi.

Şəhla Ağbulud

“Abşeron” qəzetinin baş redaktoru

DİA.AZ





Paylaş:


Müəllif : Tarix:
6-02-2023, 09:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər