reklam
Regionxeberlericom.az » Siyasət » Molla rejimi Rza şaha təhvil verilir? - “Pəhləvilər Azərbaycan türklərinin qanını axıdıb”

reklam

Molla rejimi Rza şaha təhvil verilir? - “Pəhləvilər Azərbaycan türklərinin qanını axıdıb”















İranın keçmiş şahı Məhəmmədrza şah Pəhləvinin oğlu Rza Pəhləvi siyasi cəhətdən fəallaşması müşahidə olunur.

Hətta Avropa ölkələrində Pza Pəhləvinin tərəfdarlarının aksiyası təşkil olunur. Bu isə şahzadənin İranda baş verən etiraz aksiyalarından istifadə edərək Qərbin dəstəyi ilə hakimiyyətə qayıtmaq niyyətindən xəbər verir. Rza Pəhləvinin hakimiyyətə gəlməsi Güney Azərbaycan türkləri üçün daha ağır siyasi təhlükələr yarada bilər.

Bununla bağlı meydana çıxan sualları Güney Azərbaycan Milli Oyanış Hərəkatının İdarə Heyətinin üzvü Ağrı Qaradağlı Cebhe.info-ya müsahibəsində cavablandırıb:

- Rza Pəhləvi Münxen Təhlükəszilik Konfransında iştirak edirdi. Ancaq onun bu tədbirə hansı statusla qatıldığı məlum olmasa da bu hadisə Qərbin İranda daha çox rejim dəyişikliyində maraqlı olduğu və Rza Pəhləvini hakimiyyətə gətirmək planı kimi şərh edilib. Qərbin Pəhləvilər monarxiyasını bərpa etmək ehtimalı nə qədər real səslənir?

- Bu məsələ yalnız Güney Azərbaycan Milli Hərəkatı olaraq yanız bizi deyil, ərəbləri də, bəlucları da, İranda yaşayan başqa xalqları da narahat edir. Çünki Rza Pəhləvini Münxen Təhlükəsizlik Konfransına dəvət etməklə İran rejiminə alternativ yaratdıqlarını göstərməyə çalışıblar. Münhen Təhlükəsilik Konfransına hər adam gedə bilməz. Həmin beynəlxalq tədbirə rəsmi dəvət almış dövlət və hökumət başçıları qatılır. Buna kimin qərar verdiyini bilmirəm. Amma bərbad bir qərardır. Pəhləvinin Münxenə çağırılması İranda yaşayan xalqların beş aya yaxındır apardığı mübarizəyə əhəmiyyət vermədiklərini, eşitmədiklərini deməyə əsas verir.

İranda yaşayan insanlar, xalqlar ilk gündən “Ölüm olsun Xameneyiyə!”, “Rədd olsun diktatura!”, “Biz nə şah istəyirik, nə rəhbər!”, “Azadlıq, demokratiya istəyirik!” şüarlarını səsləndiriblər. Beş-altı öncə verdiyi müsahibədə “Ana dili nədir, ana dilində təhsil almağın nə olduğunu başa düşmürəm”,-deyən Rza Pəhləvi indi demokratiyadan hansı haqla danışa bilər? Rza Pəhləvinin Münxen Təhlükəsizlik Konfransına dəvət almasından sonra Qərbin onu İranda hakimiyyətə gətirmək planları üzərində düşündüyü görünür. Amma bu ideya fiaskoya uğrayıb. Pəhləvini alternativ kimi düşünməklə Qərb İran rejiminin lehinə addım atıb. Hətta ola bilsin ki, Qərbin bu hərəkətindən sonra etirazlar səngisin. Çünki aksiya iştirakçılarının əksəriyyəti qeyri-fars xalqlardır. Azərbaycan türkləri, ərəblər, bəluclar öz istəkləri əsasında etirazlara qalxıblar.

Hesab edirəm ki, Rza Pəhləvi məsələsinin ortaya atılması etirazların azalmasına səbəb ola bilər. Halbuki, mart ayında kütləvi etirazlara hazırlıq gedirdi. Novruz çərşənbələrində şənlik mərasimlərini bəhanə edərək geniş aksiyaların keçirilməsi nəzərdə tutulurdu. Ancaq Qərbin belə bir yanlış addım atmasından sonra etirazçılar buna ciddi yanaşmazlar. Yəni aksiyalar əvvəlki sürətlə və həvəslə davam etməyə bilər. İranda Pəhləvilərin tərəfdarlarının olduğunu inkar etmirəm. Az da olsa onların tərəfdarı var. Ancaq Rza Pəhləvini hakimiyyətə gətirəcək qədər tərəfdarı yoxdur.

- Rza Pəhləvinin fəallaşması məhz onun tərəfdarlarının nə qədər olmasına dair sualları gündəmə gətirib. Qərb ona dəstəyindən asılı olmayaraq, inqilabçı İran cəmiyyətində hakimiyyətə gəlmək üçün bu amil də nəzərdən qaçırılmamalıdır...

- İranda Pəhləvilərlə molla rejiminin iki əsas fərqi var. Molol rejimi hicabı məcburi edir, alkaqollu içkini isə qadağan edir. Pəhləvilər isə hicabı məcburi tətbiq etmir, alkaqollu içkiyə də icazə verir. Digər bütün hallarda bu rejimin heç bir fərqi yoxdur. İranda yaşayan qeyri-fars xalqların milli hüququların tapdanması, ana dilində təhsilə icazə verilməməsi, milli ayrıseçkilik, insan haqlarının, söz azadlığının pozulması, pəhləvilərdə molla rejimindən daha pis vəziyyətdə idi. Bu gün İran adlanan ölkədə yaşayan insanlar, hicab məsələsi, yeyib-içmək azadlığı uğrunda mübarizə aparmır. Onların əsas məqsədi milli hüquqlar, ana dili, insan haqları, söz və mətbuat azadlığı uğrunda mübarizə aparır. Ola bilsin ki, farslar, paniranist kəsim bunu istəmir. Amma Güney Azərbaycan türkləri, ərəblər, bəluclar, kürdlər fundamental azadlıq və milli hüquqlarının təmini tələb edir. Əgər Qərb İranda əl dəyişdirmək, yəni öz mənfəəti üçün teokratik rejimi devirib Rza Pəhləvini gətirmək istəyirsə, xalq buna yol verməz. Çünki bir dəfə şahı devirib Xomeyninin hakimiyyətə gətirdilər. Xalq ikinci dəfə bu təcrübəni yaşamaq istəmir.

- Münxendə təhlükəsizlik konfransının keçirildiyi binanın qarşısında bir qrup insan əllərində Rza Pəhləvinin portretlərini qaldıraraq aksiya keçirdilər. Onlar özlərini İrandakı etirazlara dəstək tərəfdarları kimi təqdim etsələr də, hiss olunurdu ki, əsas məqsəd Pəhləvini İranda hakimiyyətə əsas namizəd kimi təqdim etməkdir. Bu aksiyadan sonra sosial şəbəkələrdə “Bəs Güney Azərbaycan türkləri hardadır?”, “Meydanı nə üçün Pəhləviyə veriblər?” sualları səslənməyə başladı. Mən bu sualları sizə ünvanlamaq istəyirəm. Rza Pəhləvinin hakimiyyətə gəlməməsi üçün Münxendə Güney Azərbaycan milli hərəkatçıları aksiya keçirməli deyildimi?

- Bizimkilər “oyun”un nə dərəcədə və necə qurulduğunu analiz edir. Çünki İran rejiminin üzərindən böyük “oyun” oynanılır. Bizim bu məsələdə çıxış yolu tapmaq üçün mütəşəkkil birliyimiz yoxdur. Amma belə düşünürəm ki, milli hərəkatın bu səviyyədə qalması daha məqsədəuyğundur. Milli hərəkatın məqsədləri var. Biz boşuna bədəl ödəmək istəmirik. Pəhləviləri ABŞ, Avropa dəstəkləyir. Onlara Azərbaycanın büdcəsi qədər vəsait verilir. Onların media strukturu, İranda yayımlanan 7-8 ədəd telekanalı, maliyyə resursları var. Ona görə də pulla insanları ələ alıb özlərinin xeyrinə aksiyalar təşkil edə bilirlər. Bu, görüntüyə xidmət edir. Lakin onu da qeyd edək ki, İranda beş aydır etirazlar davam edir, bir nəfər Rza Pəhləvinin portretini qaldırmadı, bir dəfə onun adı çəkilmədi. Deməli, onu istəyən yoxdur. Bizim narahatlığımız da bundadır ki, Qərb xalq etirazlarını niyə görməzdən gəlir? Buna baxmayaraq, Pəhləvilər İranda hakimiyyətə gəlməyə, xalqın dəstəyini qazanmağa uyğun deyil.

- Rza Pəhləvi “Real” TV-yə müsahibəsində bildirib ki, İranda yaşayan hər bir şəxs Cənubi Azərbaycan sakinlərinə hörmətlə yanaşmalıdır. Sizcə, Pəhləvinin bu fikri Güney azərbaycanlıların hüquqlarının müdafiəsini ifadə edirmi? Onun açıqlamasında diqqəti çəkən başqa bir məqam Azərbaycan səfirliyinə edilən silahlı hücumu terror adlandırmaqdan yayınması və bu hadisəni “rejimin İranı beynəlxalq qanunlara qarşı çevirməsi” kimi qiymətləndirməklə kifayətlənməsidir. Sizcə Pəhləvi bununla hansı mesajları verirdi?

- Rza Pəhləvinin həmin açıqlamasına mən də baxdım. Belə adamları media səviyyəsində gündəmə gətirmək düzgün deyil. Mən türk düşməni olan belə bir adamın müsahib kimi Azərbaycan telekanalına çıxmasından narahat oldum. Onun ata-babası, bütün sülaləsi türk düşməni kimi tanınır. Pəhləvilər 1945-1946-cı illərdə Azərbaycan türklərinin qanını axıdıb. Onlar nəsillikcə türk düşməni kimi tanınır. Rza Pəhləvi həmin süjetdə Azərbaycan səfirliyinə hücumu terror adlandırmaqdan yayınmağa çalışdı və bunu beynəlxalq hüquqa uyğun olmayan davranış adlandırmaqla kifayətləndi. Bu da xoş deyildi. Rza Pəhləvi ikibaşlı ifadələrlə bu sualdan qaçmağa çalışdı və bunu edə bildi. Onun nə Güney Azərbaycan məsələsində, nə də Azərbaycan səfirliyində törədilmiş terror aktı ilə bağlı fikirlərində heç bir səmimiyyət yoxdur.




Paylaş:


Müəllif : Tarix:
21-02-2023, 08:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər