“Altılı masa”nın son toplantısında nə baş verib?
Türkiyənin aparıcı siyasi partiyalarından olan İYİ Partiyanın sədri Meral Akşener müxalifət partiyaların bir araya gəldiyi “Altılı masa”nın son toplantısında baş verənlərdən danışıb.
Bu barədə jurnalist Candaş Tolqa “Tvitter” hesabında paylaşım edib.
Jurnalist yazıb ki, o Akşenerdən “Altılı masa”nın son toplantısında nə baş verdiyini soruşub.
İYİ Partiyanın sədri deyib ki, Kılıçdaroğlu namizədliyini ondan başqa hamı ilə müzakirə edib: “O günə qədər Kamal bəyin və ya başqasının prezidentliyə namizədliyinin adı heç vaxt çəkilmədi. Həmin gün masa arxasında oturmuşduq. Hörmətli Kılıçdaroğlunun namizədliyinin məndən başqa hamı ilə müzakirə edildiyini gördüm. Son söz mənə gələnə qədər hamı Kamalın namizədliyini dəstəklədi. Mənə söz veriləndə bildirdim ki, “Sorğularda Yavaş və İmamoğlu görünür. Amma istəyirsənsə, ictimai rəy sorğusu keçirək və ona uyğun hərəkət edək” dedim. Kılıçdaroğlu bu təklifi qəbul etməyib, hirslənib ayağa qalxdı. O, bu gün birgə yazılı bəyanatda namizədliyinin elan olunmasını tələb etdi. Dedim ki, partiyamdan soruşmadan belə bir qərar verə bilmərəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-03-2023, 19:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər