İmamoğlu və Yavaş Akşenerlə görüşdü - İYİ partiya “Altılı masa”ya qayıda bilər
Türkiyədə İYİ Partiyanın sədri Meral Akşener yenidən “Altılı masa”ya qayıda bilər.
Millət İttifaqının bu gün baş tutacaq toplantısından əvvəl İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş İYİ Partiyanın sədri Meral Akşeneri ziyarət ediblər.
Mətbuata açıqlma verən Əkrəm İmamoğlu bildirib ki, bu ziyarəti hörmətli sədrimiz Kılıçdaroğlunun istəyilə ilə edirik: “Türkiyəmizin bu çətin günlərində “Altılı masa”nın millətimizin gələcəyi üçün əhəmiyyətinin fərqindəyik”.
Mansur Yavaş isə açıqlamasında deyib ki, bu hadisələri masa arxasında izləyə biməzlər: “Biz “Millət İttifaqı”nın bələdiyyə sədriyik. Hamımız bir araya gəldik. Ankara, İstanbul kimi böyük şəhərləri qazandıq. Qarşımızda seçim var. Millətimiz ayrılığa dözə bilməz. Yenidən bir araya gəlmək xalqımızın arzusudur. Bunu da çatdırdıq”.
İYİ Partiya sözçüsü Kürşad Zorlu isə Akşenerin “Millət İttifaqı”na yeni formul təqdim etdiyini bildirib. O deyib ki, Akşener İmamoğlu və Yavaşın vitse-prezidentliyə namizəd olmalarını istəyib.
Ehtimal olunur ki, “Millət İttifaqı” Akşenerin təklifini qəbul edərsə o yenidən “Altılı masa”ya qayıda bilər.
“Reuters” agentliyi CHP-nin yüksək səviyyəli rəsmisinə istinadən bildirib ki, onlar Akşenerin təklifini qəbul ediblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-03-2023, 16:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər