reklam
Regionxeberlericom.az » Siyasət » Qarabağda antiterror əməliyyatı: Zamanı çatıb - HƏQİQƏTƏN DƏ...

reklam

Qarabağda antiterror əməliyyatı: Zamanı çatıb - HƏQİQƏTƏN DƏ...


Yaxın zamanda Qarabağda Azərbaycan Ordusu növbəti hərbi əməliyyatlar keçirə bilər.

Müdafiə Nazirliyinin bəyanatında xəbərdarlıq edilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına birdəfəlik son qoyulmalı, o cümlədən rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində bütün qeyri-qanuni erməni silahlı birləşmələr tam tərkisilah olunmalıdır. Azərbaycanın tələbləri yerinə yetirilmədiyi təqdirdə Azərbaycan Silahlı Qüvvələri bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilməsi istiqamətində qəti və zəruri tədbirlər görmək məcburiyyətində olacaq.

Bununla yanaşı, son zamanlar rus sülhməramlılarının məsuliyyət zonasında qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərinə atəş açır, müxtəlif təxribatlar törədirlər. Belə olan halda Azərbaycanın hərbi əməliyyatlar yolu ilə cəza tədbirləri görməkdən başqa seçimi yoxdur.

Məsələ ilə bağlı hərbi ekspert Elxan Şixəliyev Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Qarabağda antiterror əməliyyatlarının keçirilməsinin artıq vaxtı və zamanı çatıb:

“Azərbaycanın öz ərazilərində hər hansı formada hərbi əməliyyatlar keçirməsi onun qanuni haqqıdır. Müdafiə Nazirliyi açıq şəkildə xəbərdarlıq edib ki, Ermənistan Silahlı Qüvvələrinin tör-töküntüləri ərazilərimizdən dərhal çıxarılmalıdır, əks təqdirdə Azərbaycan ordusu anti-terror əməliyyatlarına baş vuracaq. Hesab edirəm ki, ərazilərimizdə erməni terrorçularına qarşı antiterror əməliyyatlarının keçirilməsinin tam zamanıdır.

Eyni zamanda, Bakı ilə İrəvan arasında siyasi təmaslar dalana dirənib, Ermənistan hakimiyyəti Azərbaycanın sülh müqaviləsi ilə bağlı beş təşkili müsbət qarşılamır, eləcə də Qarabağda erməni separatçıları reinteqrasiyanı rədd edirlər, revanşist bəyanatlar səsləndirirlər və əsgələrimizi şəhid edirlər. Deməli, ermənilər bizə silaha əl atmaqdan başqa seçim buraxmırlar. Azərbaycanın hərbi-siyasi rəhbərliyi dəfələrlə bəyan edib ki, Qarabağın erməni icması ya reinteqrasiyanı qəbul edəcək, ya da Azərbaycanın növbəti cavab tədbirləri ilə üzləşəcəklər. Azərbaycan Ordusu öz hərbi əməliyyatları ilə bütün qanunsuz silahlı birləşmələrinin məhv edilməsinə nail olacaq”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan hərbçiləri müxtəlif növlü antiterror əməliyyatları ilə qanunsuz erməni silahlılarını zərərsizləşdirə bilər.

“Azərbaycan Ordusu istənilən əməliyyat növləri, xüsusilə nöqtə, lokal və xüsusi təyinatların əməliyyatları yolu ilə qeyri-qanuni silahlı dəstələri sıradan çıxarmaq iqtidarındadır. Rus sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə 6000 - 8000 min arası 24 qərərgahdan ibarət qanunsuz erməni silahlıları var. Onların ordumuz qarşısında dirəniş göstərməsi qeyri-mümkündür. Silahlı Qüvvələrimiz bu silahlı dəstələri 24 saat içərisində məhv edərlər. Ermənistanın da Qarabağ üzərindən bizimlə münaqişəyə girməyə və güc dilində danışmağa iradəsi yoxdur. Onlar yalnız bu məsələyə siyasi səviyyədə müdaxilə edib beynəlxalq aləmdə hay-küy qaldıra bilərlər”.




Paylaş:


Müəllif : Tarix:
7-03-2023, 16:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər