reklam
Regionxeberlericom.az » Siyasət » Çinin sülh planı məntiqsizdir - Mixaylo Podolyak

reklam

Çinin sülh planı məntiqsizdir - Mixaylo Podolyak















Çinin “sülh planı” çox ümumi prinsiplərdən ibarətdir və məntiqdən məhrumdur. 

Bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, Çinin 12 müddətlik sülh planında məntiq görmür.

"Burada heç bir təfərrüat yoxdur, balanslaşdırılmış məntiq yoxdur. Bir məqamda söhbət suverenliyin və ərazi bütövlüyünün toxunulmazlığından, digərində isə dərhal atəşkəsin zəruriliyindən gedir”, - deyə Podolyak vurğulayıb.

Podolyak qeyd edib ki, bu formada Çinin sülh müqaviləsi ziddiyyətdir.

“Sülh planı təcavüzkarın maraqlarını təmin etməyə əsaslana bilməz, proses Rusiya qoşunlarının Ukraynadan çıxarılmasından başlamalıdır”, - o bildirib.

Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb.

Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Sənəd “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır. 




Paylaş:


Müəllif : Tarix:
20-03-2023, 08:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər