reklam
Regionxeberlericom.az » Siyasət » Ermənistan İsraildə səfirlik açanda İran hardaydı? - HƏQİQƏTƏN DƏ...

reklam

Ermənistan İsraildə səfirlik açanda İran hardaydı? - HƏQİQƏTƏN DƏ...


Təbrizdə Azərbaycan konsulluğunun qarşısında bir qrup öyrədilmiş şəxs “etiraz aksiyası” keçirir, tələb də Azərbaycanın İsraildəki səfirliyinin və Təbrizdəki konsulluğun bağlanmasıdır.

Azərbaycanın Tehrandakı səfirliyinə 27 yanvarda terror hücumu edildi və faktiki olaraq səfirliyimizin fəaliyyəti dayandırıldı – ancaq iki aydır İranın Azərbaycandakı səfirliyi nəinki normal fəaliyyət göstərir, heç bir siyasətçi, ictimai fəal da İran səfirliyinin bağlanmasını tələb etməyib, etmir və ümumiyyətlə, səfirlik əməkdaşlarına qarşı hər hansı təhlükə olmayıb, yoxdur və olmayacaq da.

Çünki Azərbaycan əxlaqlı dövlətdir, Azərbaycan vətəndaşları da əxlaqlı insanlardır!

O İrandır ki, islam inqilabından bəri səfirlikləri basır, diplomatları girov götürür, onlara qarşı teraktlar həyata keçirir!

İranın ənənəvi çirkin siyasətidir – öz ölkəsində “qonağa” – başqa ölkənin diplomatına qarşı təzyiq, təcavüz etmək düşüncəsindədir. Bu, təkcə beynəlxalq hüquqa hörmətsizlik deyil, dövlət anlayışından xəbərsizlikdir!

Azərbaycanın İsraildə səfirlik açmasından “həddən artıq narahat olan” İran Ermənistan İsraildə səfirlik açanda səsini belə çıxarmadı. Halbuki Ermənistan 44 günlük savaşdan dərhal sonra bu addımı atmışdı. O savaşda İran Ermənistana bütün qüvvəsi ilə yardım edir, Azərbaycan Ordusunun qarşısına qüvvələrini çıxarmaqdan belə çəkinmirdi.

2021-ci ildə isə o vaxtkı prezident Armen Sərkisyan Arman Akopyanı İsrailə səfir təyin etdi, amma “dost-qardaş-bacısı” İran buna açıq şəkildə etiraz etmədi. Ermənistan İsraillə əlaqələri qurmaq üçün çoxsaylı çaba göstərəndə, Tehran niyə susurdu?

İndi İran XİN rəsmisi Nasir Kənani hansısa bəhanə tapıb, Azərbaycandan “izahat” tələb edir; indi İran öyrətdiyi adamlar vasitəsilə Təbrizdəki konsulluğumuzun önündə aksiya təşkil edir – eynilə Tehrandakı səfirliyimizə qarşı terakt təşkil etdiyi kimi.

Bu düşmən fəaliyyətinin İranın öz daxilində ciddi fəsadlara səbəb olacağı uzaqda deyil – zatən, artıq SEPAH generalları ölkədə necə parçalanma olduğunu özləri etiraf edirlər...

Axar.az




Paylaş:


Müəllif : Tarix:
31-03-2023, 17:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər