"Rusiya Finlandiyanın NATO-ya daxil olmasına görə əks tədbirlər görəcək"
"Rusiya Finlandiyanın NATO-ya daxil olmasına qarşı əks tədbirlər görməyə məcbur olacaq".
Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Kreml hesab edir ki, bu, vəziyyətin növbəti gərginləşdirilməsidir. NATO-nun genişlənməsi bizim təhlükəsizliyimizə, Rusiya Federasiyasının maraqlarına qəsddir. Biz bunu məhz belə qəbul edirik. Biz öz təhlükəsizliyimizi taktiki və hərbi cəhətdən təmin etmək üçün əks tədbirlər görəcəyik”, - Kreml sözçüsü bildirib.
Peskov aydınlaşdırıb ki, əks tədbirlər Rusiyanın "zəruri hesab etdiyi" şəkildə olacaq:
"Biz Finlandiyada nə baş verəcəyini, Şimali Atlantika blokunun Finlandiya ərazisində bizim sərhədlərimizə yaxın olan və potensial olaraq bizi təhdid edəcək silahları, sistemləri, infrastrukturu yerləşdirmək baxımından əraziləri necə istismar edəcəyini diqqətlə müşahidə edəcəyik. Bundan asılı olaraq, tədbirlər görüləcək".
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2023, 15:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər