Bayden 2024-cü il seçkiləri üçün namizəd olmağı düşünür

ABŞ Prezidenti Co Bayden 2024-cü ildə yenidən seçilmək üçün namizədliyini irəli sürməyi düşünür.
Bayden bu haqda Ağ Evdə keçirilən Pasxa proqramı çərçivəsində qonaq olduğu “NBC News”a danışıb.
2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala Bayden, “Mən namizədliyimi irəli sürməyi planlaşdırıram, lakin hələlik bunu elan etməyə hazır deyilik”, -cavabını verdi.
Qeyd edək ki, məşhur yazıçı Marianne Villiamson Baydenin Demokratik Partiyasından namizədliyini rəsmi olaraq elan edən ilk şəxs olub.
ABŞ-nin keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu, vəkil kiçik Robert Kennedinin də seçkilərdə namizədliyini rəsmən elan edəcəyi gözlənilir.
Respublikaçılar Partiyasından namizədliyini açıqlayan adlar arasında ABŞ-nin keçmiş prezidenti Donald Tramp, ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, siyasətçi Stiv Laffi, gənc multimilyonçu Vivek Ramasvami və iş adamı Perri Conson da var.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-04-2023, 19:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…