reklam
Regionxeberlericom.az » Siyasət » Mənə tır şoferinin özgür iradəsi lazım deyil... - ETİRAZ

reklam

Mənə tır şoferinin özgür iradəsi lazım deyil... - ETİRAZ


Bu gün Azərbaycanda sıravi insanlar bir yana, özünə şair, yazar, sənət adamı deyənlərin böyük çoxluğu “özgür iradə” sahibi olmağı yalnız hökumət tənqidçisi olmaq kimi anlayır və bununla boy göstərməyə çalışır. Halbuki iradə azadlığını məhdudlaşdıran ən sonuncu və ən zəif bənd hökumətdir. Məsələn, Nitsşe qrammatikanı da “özgür, azad iradə”nin düşməni hesab edirdi və yazırdı ki, tanrının özü belə bizi özünə qrammatika ilə zəncirləyib.

Azərbaycanın özünə aydın, ziyalı deyən insanı isə "hökumət tənqidçiliyi" adı altında öz iradəsini könüllü olaraq o qədər mıxa zəncirləyib ki, üstünə pəhləvan uzadıb sinəsində daş sındırsan dərisi cızılmaz.

Əlbəttə, hökumət xalqın xidmətçisi olduğu üçün onun işindən narazı qalmaq və bunu dilə gətirmək hər bir vətəndaşın haqqıdır. Necə ki qarson noxudu bir balaca gec gətirəndə üstünə böyürürük. Amma kütləvi haqq və bacarıq olan hökümət tənqidçiliyini “özgür iradənin” ən üst səviyyəsi kimi anlamaq və aşılamaq ona gətirib çıxarır ki, bu tənqidçiliklə iradəsinin azad olduğuna inanan insanlar kollektiv güc əldə edir, kütlə diktaturası deyilən daha qorxunc bir totalitarizm mühiti yaradırlar. Kütlə diktaturası isə ən birinci fərqli düşünən fərdin ətini çeynəyir. Necə ki yəhudilərin beş-altı dişi tanrıya olan nifrətinin çanağı bu gün evlərdə milyonlarla yazıq arvadın başında çatlayır.

Mənə də tez-tez yazırlar ki, inşallah nə vaxt hökuməti tənqid edib iradəni özgürləşdirəcəksən? Nə qədər ki, bu tənqid kütlə diktaturasının heyvərə gücünə xidmət edəcək, mən onun alqışını yox, söyüşünü seçəcəyəm.

Mənə tır şoferinin özgür iradəsi lazım deyil.

Aqşin YENİSEY - DİA.AZ





Paylaş:


Müəllif : Tarix:
12-04-2023, 09:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər