TAQƏTDƏN SALMA MÜHARİBƏSİ: Putin rejimi Rusiyanı necə qapayır?
Rusiya Dövlət Duması tələsik şəkildə hərbi xidmətə çağırış və səfərbərlik haqqında qanunvericiliyə dəyişiklik edib. Bu yeni qanun elektron çağırış vərəqəsinin tətbiqini, hərbi mükəlləfiyyətlilərin vahid reyestrinin yaradılmasını, hərbi komissarlığa gəlmək barədə çağrış vərəqəsini alandan sonra Rusiya Federasiyası ərazisini tərk etməyin qadağan olunmasını, həmçinin də nəqliyyat vasitəsindən istifadə edilməməsi də daxil olmaqla bir sıra məhdudiyyətlərin həyata keçirilməsini nəzərdə tutur. Kreml Ukraynaya qarşı nüvə silahı işlədə bilmədiyinə görə sovetlərin “öz əsgərlərinin cəsədləri üzərində rəqibə üstün gəlmək” taktikasını işə salmağa hazırlaşır.
Ukraynanın “Apostrof.ua” internet portalı “Taqətdən salma müharibəsi: Putin rejimi Rusiyanı necə qapayır” başlıqlı məqaləsində sözügedən məsələlərə toxunur.
Həmin məqalənin tərcüməsini təqdim edirik: “Dövlət Duması qabaqcadan heç bir müzakirə keçirmədən “zərbəçi templə” qanunverici normalar qəbul edib. Qəbul olunmuş yeni qanuna görə, hərbi komissarlıq çağrış vərəqəsini təkcə kağız formasında deyil, həmçinin elektron variantında da yollayacaq.
- Ölümə qədər aparan elektron çağırış vərəqəsi
Bu dəyişiklik Federasiya Şurasının təsdiqindən və diktator Vladimir Putinin imzasından sonra qüvvəyə minəcək, amma qanun artıq de-fakto qəbul olunub. Yerdə qalan bütün addımlar kiçik formallıqlardır. İndi kağız və elektron çağrış vərəqələrindən paralel istifadə ediləcək. Hərbi mükəlləfiyyətli şəxs çağırış vərəqəsi aldısa (hansını almasının fərqi yoxdur), onun Rusiya Federasiyası ərazisini tərk etməsinə qadağa qoyulur. Elə ola bilər ki, vətəndaşlar nə kağız, nə də elektron çağırış vərəqəsi alsınlar, amma buna baxmayaraq, əgər bu, çağırış vərəqələrinin reyestrində yerləşdirilibsə, onda həmin sənəd “göndərilmiş” sayılır.
Gəlin, Rusiya deputatlarının və təbliğatçılarının demoqogiyasını bir tərəfə qoyaq. Deməli, bütün bunlardan belə nəticə çıxır ki, hərbi xidmətə yararlı olan Rusiya Federasiyası əhalisini “səfərbərlik kalpağının”nın altına salırlar.
Hərbi ekspert Dmitri Sneqirov bildirib: “Kreml rejimi uzunmüddətli müharibəyə - öz rəqibini taqətdən salmağa, onun resursunu tükəndirməyə hesablanmış müharibəyə hazırlaşır. Putin sovetlərin “öz əsgərlərinin cəsdləri üzərindən düşmənə üstün gəlmək” taktikasını tətbiq etmək niyyətindədir. Əgər cəm halında götürsək, onların canlı səfərbərlik resursu 10 milyon nəfərdir. Kremlin düşüncəsinə görə, elə məhz bu adamlar Rusiyanın Ukraynanı silahla təchiz edən Qərbdən hərbi-texniki geriliyini kompensasiya etməlidirlər. Moskvada anlayırlar ki, Qərbin Ukraynaya silah tədarükü kəsilməyəcək (Artıq yaxın günlərdə 11-ci Ramştayn görüşü keçiriləcək). NATO silahlarının taktiki-texniki xarakteristikası rus silahlarını üstələyir. Bu səbəbdən də Rusiya hakimiyyəti üstünlüyü “top yemi”nə verməyi qərara alıb”.
Çağırış vərəqəsi alanların xaricə çıxışına qadağa qoyulması göstərir ki, Kreml keçənilki “işgüzar səfərbərlik”dən nəticə çıxarıb. Həmin vaxt Rusiyanı hərbi xidmətə yararlı olan milyon yarım insan tərk etmişdi. Dmitri Sneqirov əlavə edib: “Qaçanlar içərisndə ali təhsilli və ixtisaslı mütəxəsislər də vardı. Rusiyanın əyalətlərində səfərbərlik davam etdirildi və nəticədə Rusiya ordusu yenidən ”fəhlə-kəndli” sinfinin nümayəndələrindən təşkil olundu. Bu da öz növbəsində hərbi-texniki cəhətdən Rusiya ordusunu Ukrayna Silahlı Qüvvələrindən daha da geri saldı”.
- Nə qədər insan toplaya bilərlər?
Piyada hücumunun “Jukov taktikası”nda bir əhəmiyyətli qüsur var: adamlar tez qurtarırlar. Keçən il Kreml komandanlığı Rusiya ordusunun şəxsi heyət sayının 1,5 milyon nəfərə çatdırılması ilə bağlı bir neçə uğursuz cəhd etmişdi. Nəticədə hərbi birləşmələrdəki şəxsi heyətin sayını kağız üzərində artırmışdılar. Ancaq müqavilə bağlamaq istəyənlərin sayı az olduğundan boşluğu qoldurmaq mümkün olmamışdı. Rusiya Müdafiə Nazirliyi bir ay ərzində cəbhəyə iyirmi min müqaviləçi əsgər göndərə bilər ki, bu da ümumi itkilərin yerini qətiyyən doldurmur. İşğalçı komandanlıq lap çox adam istəyir. Payıza kimi Rusiya komandanlığı öz ordusundakı əsgər sayını 1,5 milyona çatdırmaq üçün müqavilə ilə əlavə 400 min adam yığımağı planlaşdırır.
Hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin istefadakı polkovniki Roman Svitan deyib: “Rusiyalıları “stimullaşdırmaq” üçün vəziyyəti qızışdırırlar, təbliğat tezisi irəli sürülər ki, Ukrayna ordusu əks-hücuma keçən zaman Rusiyanın arxa cəbhəsinə zərbələr vuracaq. Hərbi mükəlləfiyyətlilərin xaricə çıxışını məhdudlaşdıran qanunlar qəbul edirlər, rusiyalıların hərbi komissarlığa məcburi gətirilməsi üçün göndəriş prosedurlarını sadələşdirirlər. Onlar əhalini qorxudurlar ki, bəs indi ukraynalılar Moskvanı, Piteri və digər şəhərləri bombalamağa başlayacaqlar, ona görə də “Ey böyük ölkə, ayağa qalx!” şüarını səsləndirirlər. Bütün bu fəaliyyətlərin başlıca məqsədi payıza kimi 400 min insan yığılmasına xidmət edir”.
Kreml üçün digər faktor Ukrayna ordusunun ehtimal edilən əks hücumdur. Bu hücum, Pentaqon sənədlərinin mətbuata sızmasına baxmayaraq, başlaya bilər. ”Penta” tətbiqi siyasi tədqiqatlar mərkəzinin rəhbəri Vladimir Fesenko bu barədə deyib: ”Rusiya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin əks hücumuna cavab olaraq kütləvi səfərbərlik dalğası üçün qanunvericilik bazası hazırlayır. Buna paralel şəkildə Qərb siqnal verir ki, əgər NATO Ukraynanı “hədsiz möhkəm” silahlandırsa, onda Kreml “şiddətli səfərbərliyə” gedə bilər və onların buradakı məqsədi potensial “top yemlərinin” ölkədən qaçmalarının qarşısının alınmasına yönəlib”.
- Qiyam gözləməyə dəyməz
Sözügedən “qanun layihəsi” öz anti-konstitusion mahiyyətini heç cür gizlədə bilmir. Onun müəllifləri ən azından özəl məlumatların qorunması barədəkı digər fəaliyyətdə olan qanuna tüpürüblər. Rusiya müxalifətinin nümayəndələri bildirirlər ki, Rusiya Federasiyasında hərbi komissarlığın elektron göndərişi Vladimir Putinin və onun quldur dəstəsində olan əhval-ruhiyyəni pisləşdirə bilər, ancaq hələlik narazılıq rejim üçün hansısa təhlükəyə transformasiya olunmayıb. Çünki diktatorun ölkə daxilində kifayət qədər silahlı “opriçnikləri” (İvan Qroznının yaratdığı şəxsi qvardiya) var.
Rusiyalı müxalifətçi jurnalist və Dövlət Dumasının keçmiş deputatı İqor Yakovenko “Apstrof.ua”-ya müsahibəsi zamanı bildirib: “İşğalıçı ordunun üç yüz min əsgəri Ukraynadadır, Rusiyanın özündə baş verə biləcək etirazların yatırılması üçün zirehli texnika ilə təchiz edilmiş və silahlandırılmış milyon nəfər var. Faşist rejimi heç zaman daxildən dağılmayıb. Xarici faktor lazımdır və Ukrayna ordusunun uğurları belə bir faktor ola bilər. Faşist dövlətinin problemləri nəhəng qar topası kimi üst-üstə yığılır, Rusiyada bu artıq baş verir, lakin bu qar topası hakimiyyət vertikalını içindən dağıtmır”.
Putin rejimi yalnız böyük miqyaslı çöküş nəticəsində yıxıla bilər. Belə bir çöküşə nəyin səbəb olacağını söyləmək çətindir. Bir tərəfdən söhbət iqtisadi kollapsdan gedir, digər tərəfdən isə çöküş Rusiya işğalçı ordusunun Ukraynadakı ağır məğlubiyyəti fonunda meydana gələ biləcək ölkə daxili qarışıqlıq nəticəsində baş ver bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-04-2023, 11:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər