Vasif Talıbovun “ənənələri” davam etdirilir – Ülvi Hüseynli Fuad Nəcəflini niyə gözdən salmağa çalışır?
Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verməsindən sonra muxtar respublika əhalisinin gələcəyə olan ümidi artıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin edilməsi ilə Naxçıvanda yeni idarəçilik modeli tətbiq olunub, Vasif Talıbovun mərkəzdən qopartmağa çalışdı region yenidən ölkəmizin orbitinə qaytarılıb. Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunan Fuad Nəcəfli elə ilk açıqlaması və hərəkətləri ilə muxtar respublika əhalisinin rəğbətini qazanıb, insanlarda problemlərinin həll ediləcəyinə inam yaradıb.
TNS xəbər verir ki, bu qısa dövr ərzində səlahiyyətli nümayəndənin əhali ilə görüşlərində çoxsaylı problemlər dilə gətirilib, hər bir muxtar respublika sakinini təmkinlə dinləyən Fuad Nəcəfli bu problemlərin həlli istiqamətində əməli fəaliyyətə başlayıb. Naxçıvanın Vasif Talıbov dövründən yığılıb qalmış problemlərinin həlli, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlmiş iqtisadi layihələrin hazırlanması, yeni istehsal və xidmət müəssisələrinin yaradılması, iş yerlərinin açılması, yerli və xarici iş adamlarının bölgəyə investisiya qoymağa dəvət edilməsi kimi məsələlər ilkin mərhələdə səlahiyyətli nümayəndənin qarşısına qoyulmuş vəzifələrdir və Fuad Nəcəfli bu hədəflərə daha tez çatmaq üçün var gücü ilə çalışır. Son 27 ildə Vasif Talıbov qaydaları ilə idarə olunmuş, beyinləri yenilikçi düşüncəyə, mütərəqqi təkliflər verməyə hazır olmayan, tək adamın diqtəsi ilə oturub-duran, robotlaşmış məmurların çalışdığı Naxçıvanda qısa müddət ərzində qayda-qanun yaratmaq, müasir çağırışlara uyğun idarəçilik sistemi qurmaq o qədər də asan deyil. Naxçıvanın bu çatışmayan cəhətlərini düzəltmədən əhalinin illərlə yığılıb qalmış problemlərini də tez bir zamanda həll etmək mümkünsüzdür. Bütün bu çətinliklərə baxmayaraq, yeni səlahiyyətli nümayəndə Naxçıvan əhalisinin problemlərinin həlli, muxtar respublikanın inkişafı üçün Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların icrası istiqmətində mühüm tədbirlər həyata keçirir.
Bəs o zaman əhali niyə gözləntilərin doğrulmadığı qənaətindədir? İnsanlar nəyə görə elə düşünür ki, muxtar respublikada Vasif Talıbov dövründən o qədər də fərqlənməyən bir idarəetmə var?
Biz bu barədə dəfələrlə yazmışıq və bir daha təkrar edirik. Vasif Talıbovun komandasında olan əksər məmurlar bu gün sabotajla məşğuldur. Onlar Naxçıvanda aparılan islahatlara mane olmaq üçün dəridən-qabıqdan çıxırlar. Elə görüntü yaratmağa çalışırlar ki, sanki Naxçıvanda heç nə dəyişmir, hər şey əvvəlki qaydada davam edir. Halbuki heç nə əvvəlki kimi deyil və heç olmayacaq da.

Etibarlı mənbələrdən aldığımız məlumata görə, bu sabotaj mexanizminin başında duranlar Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov və Ali Məclis aparatının rəhbəri Ülvi Hüseynlidir. Azər Zeynalov son vaxtlar neytrallaşdırılsa da Ülvi Hüseynli səlahiyyətli nümayəndəni yanlış yönləndirməyə davam edir. Bu şəxs var gücü ilə çalışır ki, Fuad Nəcəflini gözdən salsın, əvvəlki dövr daha yaxşı idi görüntüsünü yaratsın. Bəzi hərəkətlər, Ülvi Hüseynli tərəfindən müxtəlif dövlət orqanlarına verilən tapşırıqlar bu qənaəti yaradır. Naxçıvanın tanınmış ziyalılarından birinin əməkdaşımızla söhbəti zamanı səsləndirdiyi bir fikir bizi xeyli düşündürdü: “Bəzən bizə elə gəlir ki, Naxçıvanı Fuad Nəcəfli deyil, Ülvi Hüseynli idarə edir”. Bax bu, Prezidentin səlahiyyətli nümayəndəsini həm düşündürməli, həm də narahat etməlidir. Görünür, aparat rəhbərinə həddindən çox səlahiyyət verilib.
Bəs bu adamlar heç nəyin dəyişmədiyi görüntüsünü necə yaradırlar? Əlbəttə ki, Vasif Talıbovun “ənənələrini” davam etdirməklə. Bugünkü yazıda Naxçıvanda davam etdirilən “ənənələrdən” biri barədə bəhs edəcəyik.
Vasif Talıbovu tanıyanlar bilir ki, o kifayət qədər özünə vurğun adamdır, şəninə təriflər yağdırılmasını çox istəyirdi. Ona görə də elə bu Ülvi Hüseynlinin təklifi ilə Vasif Talıbovun iştirak etdiyi bütün tədbirlərdən hazırlanan xəbərlər aidiyyəti oldu-olmadı muxtar respubikanın dövlət orqanlarının internet saytlarında yerləşdirilirdi. Məsələn, Vasif Talıbovun məktəb açılışındakı iştirakından hazırlanan xəbər muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin intenet saytında yerləşdirilirdi. Biz hələ bir dəfə də olsun rast gəlməmişik ki, Azərbaycan Prezidentinin məktəb açılışında iştirakından hazırlanmış xəbər Kənd Təsərrüfatı Nazirliyinin saytında yerləşdirilsin. Bu, absurddur. Ölkə başçısının, yaxud region rəhbərinin tədbirlərinin işıqlandırılması üçün televiziyalar, radiolar, qəzetlər, informasiya agentlikləri, informasiya saytları var. Baş verən hadisənin, keçirilən tədbirin ictimaiyyətə çatdırılması üçün bu informasiya resurslarından istifadə daha məqsədəuyğundur. Amma Vasif Talıbovun fotoları gərək bütün dövlət orqanlarının internet saytlarını bəzəyərdi.
Təəssüf ki, Talıbovun bu ənənəsi bu gün də davam etdirilir. İndi də muxtar respublikanın bütün dövlət orqanlarının internet saytlarında Fuad Nəcəflinin iştirak etdiyi tədbirlərdən hazırlanmış xəbərlər yerləşdirilir. Bu mənzərəni görən muxtar respublika sakininə necə izah edək ki, Naxçıvanda hər şey dəyişir, Vasif Talıbovun yarıtmaz idarəçiliyindən yaxın vaxtlarda heç nə qalmayacaq. Hətta bir az irəli gedərək bəzi haqlı ittihamlar irəli sürənlər də olur. Sadə naxçıvanlılar soruşur ki, əgər Prezident iştirak etdiyi tədbirlərdən hazırlanmış xəbərlərin Azərbaycanın bütün dövlət orqanlarının internet saytlarında yerləşdirilməsini məqsədəuyğun saymırsa, o zaman Prezidentin səlahiyyətli nümayəndəsi üçün nümunə kimdir? Fuad Nəcəfli Prezident İlham Əliyevdən, yoxsa Vasif Talıbovdan nümunə götürür? Əminik ki, Prezidentin səlahiyyətli nümayəndəsinin bu prosesdən heç xəbəri də yoxdur. Ülvi Hüseynli isə Fuad Nəcəflinin belə ucuz təbliğata ehtiyacı olmadığını bilməmiş deyil.
Biz də aparat rəhbərindən soruşuruq. Prezidentin səlahiyyətli nümayəndəsini niyə hədəfə gətirir, ictimai qınaq obyektinə çevirirsiniz? Niyə belə əməllərinizlə Naxçıvanda dəyişimin olmadığı görüntüsünü yaratmağa çalışırsınız? Öz “ağlınıza” və “məntiqinizə” uyğun olaraq, səlahiyyətli nümayəndənin “gözünə girməyə” çalışarkən onu gözdən saldığınızın fərqindəsinizmi? Əlbəttə ki, fərqindəsiniz.
Bu suallarımıza Ülvi Hüseynlinin heç vaxt cavab verə bilməyəcəyinə görə, onun məqsədini oxuculara biz izah edək. Məqsəd əvvəldə də qeyd etdiyimiz kimi, aparılan islahatlara mane olmaq, səlahiyyətli nümayəndənin müsbət fəaliyyətini sabotaj etməkdir. Bu, həm də Ülvi Hüseynlinin sonsuz sevgi ilə vəsf etdiyi, müdrik lider səviyyəsinə qaldırdığı qurucu rəhbəri Vasif Talıbova son xidmətləridir.
Ümid edirik ki, səlahiyyətli nümayəndənin bu reallıqları qəbul edib tədbir görməsi çox gecikməyəcək. Fuad Nəcəflinin işi çoxdur. O, belə sabotajçı kadrlarla Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri qısa müddət ərzində icra edə, Naxçıvanla bağlı arzularını gerçəkləşdirə bilməyəcək. Biz isə hər zaman Prezidentin səlahiyyətli nümayəndəsinin fəaliyyətinə mane olan adamlarla mübarizə aparacaq, onun Naçıvanın xoş gələcəyi naminə görəcəyi işlərin daim dəstəkçisi olacağıq. Fuad Nəcəflinin xoşuna gəlsə də, gəlməsə də. //TNS//
Paylaş:
Müəllif : Yazar
Tarix:17-04-2023, 16:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər