Paris Bakı ilə danışmaq istəyirsə... - GƏLİŞMƏ
Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycana səfəri Parisin regiondakı iddialı ambisiyalarına son qoymadığını bir daha göstərir.
Lakin görünür ki, Fransa da, Azərbaycan da ikitərəfli münasibətləri ayrıca komponent kimi daha da irəliyə aparmağın tərəfdarıdırlar və ümumiyyətlə regional təhlükəsizlik üzrə yaranan fikir ayrılıqlarının elementlərini ikitərəfli sistemə sirayət etdirmək istəmirlər.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ketrin Kolonnanın qapalı danışıqlarından sonra mətbuat önündəki ritorikaları da eyni vurğuya dəlalət edirdi.
Yəni nazirlərin media önündəki çıxışında Bakı-Paris münasibətlərinin dərinləşdirilməsi üçün niyyət ifadə olundu, çünki ikitərəfli əlaqələrin böyük inkişaf potensialı var.
Bununla belə, regional arxitekturanın bazası üzrə Fransanın narazılıqla səciyyələnən mövqeyi Parisin bundan sonra da baş verə biləcək dinamikaya təsiretmə iddialarını ortaya qoyur.
Xanım Kolonna, əslində, Fransanın regionda üzləşdiyi geosiyasi əziyyətlərin məzmununu açdı, “biz Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurmasına etiraz edirik” deməklə ənənəvi məntiqini yenidən gündəmə gətirdi.
Düzdür, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarının cavabını verdi, beləcə, iki baş diplomat arasındakı söz davası regional məsələlərdəki istiqamətlər üzrə ciddi mövqe fərqinin qaldığının sübutudur.
Fransa regionda ona görə əzablara düçar olub ki, o, istədiyini ala bilmir, əksinə, intensiv sıxışdırılma siyasəti ilə üzləşir. Bu sıxışdırılmanın həmmüəllifləri Böyük Britaniya, ABŞ və Türkiyədir, indi Fransa Afrikadan tutmuş Cənubi Qafqaz regionuna qədər nüfuz itkisi ilə üz-üzədir.
Belə olan təqdirdə Fransa xarici siyasət məqsədlərində strateji yüksəlişlərə nail olmaq üçün Rusiya, Çin, İranla açıq-gizli sövdələşmələrə getməkdən belə, çəkinmir. Bu, Fransanın geosiyasi itkilərini ört-basdır etmək cəhdidir, ancaq Paris regiondakı proseslərə həlledici təsir qazanmaq üçün hətta proseslərin altını üstünə çevirməyi də ali məqsəd sayır.
Fransa geosiyasi mövqeyinin gücünə inamı artırmaq üçün müxtəlif epitetlərdən yapışır, xanım Kolonnanın Bakıda səsləndirdiyi bəyanatların məğzində həmin elementləri tapmaq olar.
Fransanın baş diplomatı sülh və təhlükəsizliyi cəlbedici epitetlər altında pərdələməyə çalışsa da, bir nöqtədə Parisin hikkəli davranışını yenidən gün üzünə çıxardı, yəni ki, Azərbaycan suveren hüquqlarından istifadə etməsin və Ermənistanın xeyrinə addımlara rəvac versin.
Fransa XİN başçısının mövqeyində təəccüblü heç nə yoxdur, bu, ənənəvi ritorikanın davamıdır. Məsələyə daha geniş rəqabət meydanı bucağından baxmaq zərurəti meydana çıxır.
Fransa Prezidenti Emmanuel Makron Çinə səfər edib Si Cinpinlə görüşdükdən sonra rəsmi Pekinin qlobal siyasətinin axarında Cənubi Qafqaz xəritəsi canlanır.
Çinin Fransadakı səfiri Lu Şayen postsovet ölkələrinin suverenliyinin şübhəli olduğuna diqqət çəkərək, Rusiyanın ritorikasına şərik çıxdı.
Fransa isə Rusiya, İran və Çin xəttinə qoşularaq regional siyasətini “ölü nöqtə”dən dirçəltmək niyyətindədir, hərçənd, bunun uğurla nəticələnəcəyi şübhə altındadır.
Görünən odur ki, Fransa Cənubi Qafqaz üzrə siyasətlərini yeniləyən güclərin yedəyinə qoşulsa da, regiondakı aktivliyini yuxarılara qaldıra bilməyəcək.
Buna görə də Paris “B” planına keçərək regional konfiqurasiyanı zədələmək üçün kəşfiyyat imkanlarından istifadə etməyə çalışa bilər.
Regional məsələlərə dair yanaşmalarda Azərbaycanla Fransanın riskli münasibətlərini tənzimləmək üçün danışıqların davam edəcəyi gözlənilir.
Fransanın ümumiyyətlə Azərbaycanı radarı altına alıb bunu Ermənistana xidmət kimi satmaq cəhdlərinin faydası olmayacaq, lakin Bakı-Paris arasındakı siyasi gərginlik ikitərəfli əlaqələrin iqtisadi spektrinə ciddi təsir göstərməyəcək.
Bəzi gedişatlar Kolonnanın Gürcüstan və Ermənistana səfər etməsindən sonrakı nəticələrdən asılı olacaq.
Aqşin Kərimov - DİA.AZ
Paylaş:
Müəllif : Yazar
Tarix:28-04-2023, 15:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər