reklam
Regionxeberlericom.az » Siyasət » "Buna görə heç bir dövlət Azərbaycana irad bildirə bilməz" - HƏQİQƏTƏN DƏ...

reklam

"Buna görə heç bir dövlət Azərbaycana irad bildirə bilməz" - HƏQİQƏTƏN DƏ...


“23 aprel hadisələrinin son inkişafı kontekstində biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının əsas müddəalarını pozan hər hansı birtərəfli addımların yolverilməzliyini xüsusilə qeyd edirik”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilir. Həmçinin bildirilir ki, Rusiya tərəfi ona yaxın Azərbaycan və Ermənistana siyasi səviyyədə bütün lazımi yardımı göstərməyə hazırdır.

“Azərbaycan dövləti Ermənistan Azərbaycan sərhədlərində sərhəd keçid məntəqəsi yaratdı. Həmin ərazilər Azərbaycanın suveren ərazilər olduğu üçün burada heç bir qanun pozuntusu yoxdur. Bu ərazilər BMT-nin üzvləri olan bütün dövlətlər tərəfindən, həmçinin Ermənistanın özü tərəfindən qəbul olunaraq, təsdiqlənib. Dövlət sərhədləri buna uyğun olaraq, müəyyənləşdirilib. Buna görə heç bir dövlət, ölkə və yaxud da ki, hər hansı beynəlxalq təşkilat, o cümlədən Rusiya Azərbaycana irad bildirə bilməz”…

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Ramiz Alıyev qeyd edib ki, Azərbaycanın atmış olduğu addım 2020-ci il 10 noyabr “üçtərəfli” razılaşmanın şərtlərinə və qaydalarına uyğun olaraq həyata keçirilir

“Həmin bəyanatı təkrar oxusalar yaxşı olar. Orada yazılıbmı ki, Azərbaycan öz sərhədləri boyunca sərhəd keçid məntəqələri yaratmağa razılaşır və etməyəcək? Belə bir müddəa, belə bir bənd yoxdur. Ola da, bilməz. Azərbaycan suveren və müstəqil dövlətdir və Azərbaycan ərazilərini qoruyub, öz əraziləri çərçivəsində mütəqil siyasət yürüdən bir ölkədir. Heç bir zaman imkan verməz ki, Azərbaycan sərhədləri daxilində hansısa ölkələrin və dairələrin təsiri ilə hansısa bir separatçı dəstə Azərbaycan qanunlarını pozsun, Azərbaycan dövlətinə qarşı təxribatla məşğul olsun, Azərbaycan dövlətinə zərbələr endirsin. Müstəqil sərhəd qurmaq, siyasət yürütmək, müstəqil olmaq, hansısa bir dövlət qurmaq kimi xəyala düşsün”-deyə politoloq bildirib.

Ramiz Alıyev qeyd edir ki, Azərbaycan güclü bir dövlətdir, Azərbaycan 90-ci illərin Azərbaycanı deyil.

Bu gün Azərbaycan diktə edən bir ölkədir.

“2020-ci ilin 27 sentyabrıdan başlayaraq, 44 günlük vətən müharibəsində bütün dünya ölkələrinə, eyni zamanda Ermənistan və onun himayədarlarına sübut etdik ki, Azərbaycan necə bir güclü dövlətdir. Ümumiyyətlə, belə bəyanatların verilməsi və Ermənistana hansısa bir dəstəyin göstərilməsi kimi görüntülər yaratmaq yanlışdır. Münasibətlərə, regionda sülh və sabitliyin qorunmasına zərər vuran bir addımdır. Yaxşı olar ki, onlar bəyanat verməmişdən baxsınlar ki, həmin ərazilər hansı ölkənin ərazisidir. Eyni zamanda 10 noyabr 2020-ci il “üçtərəfli” bəyanata da baxsınlar. Onun müddəalarına mütləq şəkildə diqqət yetirsinlər.

Cənab prezidentin apardığı uğurlu siyasətin nəticəsidir ki, bu gün biz həmin sərhəd keçid məntəqəsini yaratdıq. Dünyaya və Ermənistana sübut etdik ki, biz heç bir zaman imkan verməyəcəyik ki, bizim ərazilərimizdə hansısa kənar qüvvələrin təsiri ilə və hansısa beş-on nəfərdən ibarət olan qondarma-oyuncaq bir dövlət yaratsınlar”-deyə politoloq bildirib.





Paylaş:


Müəllif : Tarix:
1-05-2023, 08:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər