reklam
Regionxeberlericom.az » Siyasət » Mayın 14-də sülh sazişi imzalanacaq? - AKTUAL

reklam

Mayın 14-də sülh sazişi imzalanacaq? - AKTUAL















İlham Əliyev və Nikol Paşinyan mayın 14-də Brüsseldə görüşə bilərlər.

“Financial Times”a istinadla xəbər verir ki, bu barədə görüşə hazırlıqla bağlı xəbərdar olan diplomatlar məlumat veriblər. Bildirilir ki, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən danışıqlara Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vasitəçilik edəcək. Mayın əvvəlindən başlayaraq, 4 gün davam edən Vaşinqton görüşləri nəticəsində tərəflərin iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda “Münasibətlərin Tənzimlənməsi Sazişi”ni imzalayacağı qeyd edilir. İddialara görə, Azərbaycan və Ermənistan məlum sazişi Moldova keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin ikinci iclasında imzalaya bilərlər. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə mayın 14-də Vaşinqtonda keçirilən danışıqlarda sülh sazişi layihəsini razılaşdırmaq mümkün olmayıb. Lakin diplomatik təmas üçün yeni platformaların mövcud olması sülh danışıqları üçün imkanların tükənmədiyini göstərir. Mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə bir araya gələcəyi, ardınca isə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Miroyanın Moskvada görüş keçirəcəyi gözlənilir. İyunun 1-də isə Kişinyovda Prezident İlham Əliyev və Baş nazir Paşinyanın növbəti dəfə müzakirələrinin təşkil olunacağı xəbər verilir.

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Brüsseldə substantiv danışıqların aparılacağı gözlənilir. Lakin tərəflər arasında sülh sənədinin imzalanacağı real görünmür.

“Brüssel görüşündə razılaşmanın olacağını gözləmək sadəlövhlük olar. Xüsusilə də tərəflərin son açıqlamaları gösərir ki, razılaşdırılması çətin olan problemlər var. Azərbaycanın işğal altında olan anklavlarının qaytarılması ilə bağlı ciddi fikir ayrılığı mövcuddur. Görünür, Ermənistan həmin əraziləri qaytarmaq istəmir. Digər tərəfdən, Ermənistan Qarabağdakı ermənilərlə təmasların aparılmasını beynəlmilləşmiş müstəvidə görür. Azərbaycan isə buna etiraz edir və öz daxili işi sayır. Burada heç bir beynəlxalq mexanizm tətbiq olunmamalıdır. Bu məsələdə də fikir ayrılığı var. Rəsmi Bakı Ermənistanın bu mövqeyini Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə müdaxilə kimi qiymətləndirir. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır və onu müəyyən amillərlə şərtləndirir. Amma bu, düzgün deyil. Paşinyan hakimiyyəti Ermənistanın ərazisinin 29,8 min kv.km. təşkil etdiyini iddia edir. Bu halda Ermənistan Azərbaycanın 86,6 min kv.km. əraziyə malik olduğunu qəbul etməlidir”.

O bildirib ki, Brüssel görüşündə çox güman ki, substansiv danışıqlar aparılacaq:

“Yəni tərəflər hər hansı bir məsələ ilə bağlı ortaq məxrəcə gəlibsə, artıq onun müzakirəsinə yenidən qayıtmırlar və danışıqlar davam edir. Ümid edirəm ki, Brüsseldə tamamlanmış məsələlərə qayıdılmayacaq və gündəlikdə olan digər mövzular diqqət mərkəzində olacaq. Amma sülh sazişinin əldə olunması ilə bağlı razılaşma inandırıcı görünmür. Amma tərəflərin yanaşmasında müəyən irəliləyişlər ola bilər. Danışıqlar prosesində Qərb meydançasının fəallaşması müşahidə olunur. Bu mərhələdə ABŞ Avropa İttifaqı ilə tərəfdaş mövqedən çıxış edir. ABŞ artıq “topu” Avropa İttifaqının meydançasına ötürür. Abncaq hər hansı sənədin imzalacağını gözləmirəm. İyunun 1-də Kişinyovda müəyən razılaşmanın imzalanacağına dair proqnozlara gəlincə, bu şübhə doğurur. Çünki nə Azərbaycan, nə də Ermənistan qarşı tərəfin redaksiyasında təqdim etdiyi şərtləri qəbul etmək istəyir”.

Politoloq hesab edir ki, Kişinyovda Azərbaycana hər hansı çərçivə sənədi deyil, sülh sazişinin mətninin razılaşdırılması lazımdır. İlqar Vəlizadənin sözlərinə görə, Paşinyanın guya Azərbaycanın nəzarətində olan 4 anklavın Qazax və Sədərək rayonlarının Ermənistanın işğalı altındakı səkkiz kəndə dəyişdirilməsi təklifi əslində sülh prosesini dalana dirənməsinə səbəb ola bilər. Ermənistan işğal etdiyi Azərbaycan kəndlərindən çəkilməlidir. Ərazilərin qarşılıqlı mübadiləsindən söhbət gedə bilməz.




Paylaş:


Müəllif : Tarix:
9-05-2023, 08:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər