Azərbaycan Makronun danışıqlara qatılmasına icazə verəcək? - AKTUAL
“Azərbaycan və Ermənistan liderləri arasında iyunun 1-də Kişinyovda keçiriləcək görüşdə Fransa Prezidenti Emmanuel Makron iştirak edərsə, bu danışıqlarda heç bir irəliləyiş olmaycaq”.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Fransa Prezidentinin İlham Əlivev və Nikol Paşinyan arasında görüşünə qatılacağı barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlamasını Cebhe.info-ya şərh edərkən belə deyib.
“Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü Brüsseldə, sonra Kişinyovda olacaq. Bu görüşdə Makron və Şolts da iştirak edəcək”, - deyə jurnalistlərə müsahibəsində Armen Qriqoryan bildirib.
Makronun danışqılara qatılması ilə bağlı təşəbbüsün rəsmi Bakı ilə razılaşdırılması barədə hər hansı məlumat yoxdur. Yəni bunun Ermənistanın istəyi olduğu, yoxsa Azərbaycanın icazəsi ilə mümkün olduğuna görüş zamanı aydınlıq gələcək.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin ötən il oktyabrın 6-7-də Avropa İttifaqı Siyasi Şurasının Praqada keçirilən sammiti çərçivəsində Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşünə Fransa Prezidenti də qatılıb.
Makronun bir növ siyasi təxribat məqsədi daşıyan bu addımından sonra Ermənistan Brüssel formatı müstəvisində əldə olunmuş bütün razılaşmalardam imtina edib. Ona görə də Azərbaycan danışılar prosesində Fransanın vasitəçiliyindən imtina edib və bu qərarını rəsmi Parisin Ermənistanın maraqlarına uyğun qızışdırıcı mövqe tutması ilə izah edib.
Bu baxımdan, Emmanuel Makronun Kişinyov görüşündə iştirak edəcəyi halda bitərəflik prinsipinə əməl edəcəyinə təminat yoxdur. Əksinə, Prezident Makronun yenidən “oyuna” girməsi mayın 1-4-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilmiş danışıqlarında əldə olunmuş razılaşmaları poza bilər.
Məhəmməd Əsədullazadə hesab edir ki, Fransanın mövqeyində obyektivliyə doğru heç bir dəyişiklik müşahidə olunmur:
“Son günlər Fransanın xarici işlər naziri Karterina Kalonnanın Cənubi Qafqaz turnesi zamanı Ermənistanda olarkən qeyri-obyektiv mövqe sərgiləməsi göstərir ki, rəsmi Paris anti-Azərbaycan siyasətindən geri çəkilməyib.
Fransa rəsmiləri “Dağlıq Qarabağ” ifadəsini işlətməklə prosesi tormozlayır. Ermənistanda Fransa Prezidentini Kişinyovda keçiriləcək görüşə dəvət etməklə Qarabağdakı erməni icmasına muxtariyyət statusunun verilməsi ilə bağlı tələblərinə dəstək almaq istəyir. Hesab edirəm ki, Azərbaycan bu məsələyə razılıq verməməlidir və Makron danışıqlarda iştirak etməməlidir.
Azərbaycan Ermənistandan vasitəçisiz danışıqlar aparmağı tələb edir. Amma Ermənistan 2022-ci ildə Rusiyanın təklif etdiyi sülh planını yenidən masaya gətirmək istəyir və bu prosesə Fransanı da cəlb edir. Əgər Kişinyovda Fransanın iştirakı ilə hər hansı görüş keçirilsə, Azərbaycan bu müzakirələrə qatılmaqdan imtina etməlidir.
Azərbaycan bu danışıqlara qatılsa da, hər hansı sənədi imzalamayacaq və bu proses tormozlanacaq. Bununla da Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını bir daha nümayiş etdirir. Sülh daha çox Ermənistana lazımdır. Lakin Ermənistan yenə də iddialar irəli sürür.
Azərbaycan bu iddiaların qarşısını ala bilər. İndi Azərbaycanın əsas məqsədi Qarabağdakı qanunsuz silahlı birləşmələri ləğv etmək və həmin ərazilərə nəzarəti tamamilə bərpa etməkdir. Azərbaycanın buna nail olacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-05-2023, 09:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər