İran bu dəfə də şərəfsizliyini ORTAYA QOYDU - REAKSİYA
Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir.
Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.
“Caliber” isə Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə qarşı kamikadze dronlardan fəal şəkildə istifadə etdiyini açıqlayıb. Sözügedən dronların İran istehsalı ola biləcəyi qeyd olunub.
Qeyd edək ki, hər zaman olduğu kimi yenə də Brüssel görüşü ərəfəsində Ermənistan vəziyyəti gərginləşdirmək üçün təxribata əl atır. Üstəlik, son zamanlarda baş verən bütün təxribatlarda düşmənin İran dronlarından istifadə etməsi də diqqət çəkir. Bu isə o deməkdir ki, Ermənistan və İran birlikdə bölgədəki vəziyyəti gərginləşdirməkdə maraqlıdır.
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, bu, Ermənistan və İranın ənənəvi siyasətidir
"Hər zaman erməni tərəfi danışıqlar ərəfəsində təxribat törədir. Ermənistan və İran Azərbaycanı aqressiv bir dövlət kimi qələmə vermək üçün bu addımı atırlar. Elə bu dəfə onların ənənəvi siyasətinin dəyişilmədiyi göründü. Ermənilər ona görə təxribat törədirlər ki, tutarlı bir cavab alsınlar, sonra isə bizi “təcavüzkar” bir tərəf kimi danışıqlarda qələmə versinlər. Desinlər ki, belə bir dövlətlə heç bir sülh sazişi imzalamaq mümkün deyil. Bu həmin dövlətlərin ənənəvi siyasi addımlarıdır. Biz bunu artıq bilirik. Görünür, yenə də bu ənənə təkrar olunur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-05-2023, 17:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər