reklam
Regionxeberlericom.az » Siyasət » Putinin "desantı" Arayikə ultimatum verdi... - Qarabağda “hərbi səfərbərliy"ə hazılaşır...

reklam

Putinin "desantı" Arayikə ultimatum verdi... - Qarabağda “hərbi səfərbərliy"ə hazılaşır...


Artıq 9-cu aydır ki, Azərbaycan Republikasının Qarabağ iqtisadi rayonunun müvəqqəti(!) olaraq Rusiyanın nəzarətində qalan hissəsində qanunsuz ictimai-siyasi və iqtisadi-sosial fəaliyyətini davam etdirən, Putinin milyarder desantı, keçmiş “dövlət naziri” Ruben Vardanyanın təşəbbüsü ilə Xankəndində yaradılmış “Biz və dağlarımız” adlı qeyri-qanuni “ərazi inkişafı agentliyi” hələ aprelin 23-dən Qarabağdakı erməni “siyasi və ictimai dairələrinin iştirakı ilə böhrandan çıxmaq strategiyasını hazırlayıb” və baş separatçı Arayik Arutyunyana təqdim edib.

Regionxeberlericom.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

“Planda böhrandan çıxmaq üçün hansı addımların atılması lazım olduğu ilə bağlı onlarla məqam qeyd olunub. Bizə məlumat verdilər ki, hətta Artsaxın hərbiləşdirilməsi, hərbi səfərbərliyin elan edilməsi və digər bu kimi aksiyaların keçirilməsi təklifi də var. Mayın 9-da keçirilən mitinqdə Ruben Vardanyan Arayik Arutyunyana ictimai ultimatum təqdim edərək dedi ki, artıq qırmızı xətlər keçilib, hökumət bunu həyata keçirməyəcəksə, deməli, biz edəcəyik. Vardanyan bunun necə olacağını ətraflı açıqlamayıb”- davamında erməni qəzeti yazır.

Nəşrin verdiyi məlumata görə, Qarabağdakı ermənilər üçün “Vardanyan proqramı”nın hazırrlanmasında separatçı-terrorçu rejimin qanunsuz “parlament”indəki 4 fraksiya, “QHT-lər, ayrı-ayrı şəxslər, ekspertlər iştirak edib”. “Siyasi” qüvvələrdən yalnız keçmiş “ordu komandanı” və “dövlət naziri” Samvel Babayanın “partiyası” iştirak etməyib...

“Yeri gəlmişkən, Artsax mənbələrindən öyrəndik ki, Samvel Babayan Vardanyanın bəyanatından öz xeyrinə istifadə etmək qərarına gəlib: mitinqdən sonra keçirilən qapalı görüşlərdə o, parlamentdə yeganə müxalifət olduqlarından danışır”-deyə Ermənistan nəşri əlavə edib.

Zəruri şərh:

Görünür, Moskva Brüssel danışıqları ərəfəsində cəbhə xətti ilə yanaşı, bilavasitə Xankəndində də Qərbə, az da olsa, meyilli qüvvələrə təzyiqi artırıb...

Onu da qeyd edək ki, erməni mediasında Ruben Vardanyanın Britaniya kralı III Çarlzla xüsusi əlaqələri haqda yazılar da peyda olub...





Paylaş:


Müəllif : Tarix:
12-05-2023, 10:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər