Kılıçdaroğlunun Azərbaycana girişinə qadağa qoyulub? - AÇIQLAMA
“Türkiyədə siyasi hakimiyyətlə bağlı məsələlər, iqtidar-müxalifət münasibətləri hansısa formada insanlar arasında müzakirə predmeti ola bilər. Bu, təbiidir. Türkiyədə baş verən hadisələr Azərbaycan tərəfindən də izlənilir, müzakirə olunur. Lakin bu, dövlət səviyyəsində hansısa məsələyə təsir göstərə bilməz. Konkret Kamal Kılıçdaroğlunun, digər siyasilərin Azərbaycana buraxılmaması barədə heç nə eşitməmişəm. Lakin bunu söyləyənlər varsa, tamamilə yanılırlar. Türkiyədə adi vətəndaşdan tutmuş siyasətçilər, digər sahə adamları da istədikləri vaxt Azərbaycana gəlirlər. Bildirirlər ki, Azərbaycanda özlərini vətənlərindəki kimi hiss edirlər. Biz də Türkiyədə olanda özümüzü vətənimizdəki kimi hiss edirik. Bu, hər iki ölkənin vətəndaşları tərəfindən yüksək dəyərləndirilir. Qarşılıqlı sevgi və hörmət xalqların sifarişidir. Dövlətlərimiz də bu münasibətləri ən yüksək müttəfiqlik halına gətirib çıxarıb. Bu münasibət yüksələn xətlə inkişaf edir. Hər hansı insanın siyasətçi olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Türk insanının Azərbaycana gəlib-getməsi, burada tədbirlərdə iştirak etməsi, görüşlər keçirməsi, yaxud turist kimi gəlməsi bizdə yalnız sevinc doğura bilər. Kılıçdaroğluna qarşı da əks münasibətin olması mümkün deyil. Kılıçdaroğlu siyasətçi kimi bir neçə dəfə Azərbaycana gəlməklə bağlı fikirlər söyləyib. Lakin onun son illər Azərbaycana gəlib-gəlmədiyi barədə heç bir məlumatım yoxdur. Təbii ki, Türkiyənin hər bir vətəndaşı kimi Kılıçdaroğlu və digərləri istədikləri vaxt Azərbaycana gələ bilərlər. Bu, tamamilə normal haldır. Əks fikirlərin söylənilməsi yanlışdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər xalqların identik, özünütanıma hissindən, uzun tarixi keçmişdən, kimliyini dərkdən irəli gəlir: “Bizi çox dərin tellər, dəyərlər bağlayır. Hansısa şəxsiyyətlər nələrisə kökündən dəyişmək iqtidarında deyillər. Necə ki əsrin əvvəllərində Mustafa Kamal Atatürk Azərbaycanla münasibətlərini möhkəmləndirirdi. Azərbaycanın o vaxtkı rəhbərlərinin, konkret Nəriman Nərimanovun, hətta ən çətin dövrlərdə belə Azərbaycanın Türkiyənin yanında olması, Çanaqqala savaşında azərbaycanlıların iştirakı, Bakının erməni daşnaklarından xilasında türk ordusunun böyük fədakarlığı, dəstəyi, ən çətin zamanlarda bir-birimizin yanında olmağımız şəxsiyyətlərin deyil, xalqların, milli dəyərlərin bir-birinin yanında olması anlamına gəlməlidir. Təbii ki, cənab Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətləri dövründə Türkiyə və Azərbaycan arasındakı dostluq münasibətləri sıxlaşıb, qardaşlıq əlaqələri yeni müstəviyə keçib, sözün əsl mənasında müttəfiqlik səviyyəsinə gəlib çatıb. Bu münasibət gündən-günə inkişaf edir, iki ölkə arasındakı bütün sferaları əhatələyir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-05-2023, 13:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər