reklam
Regionxeberlericom.az » Siyasət » "Bu məlumatı Kılıçdaroğluna kim veribsə, yalançıdır" - Peskov

reklam

"Bu məlumatı Kılıçdaroğluna kim veribsə, yalançıdır" - Peskov

















"Rəsmi olaraq bəyan edirik ki, heç bir müdaxilədən söhbət gedə bilməz".

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Türkiyədəki prezident və parlament seçkilərinə müdaxiləsi ehtimalı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

"Əgər kimsə cənab Kılıçdaroğluna belə bir məlumat veribsə, deməli, onlar yalançıdırlar. Biz Türkiyə Respublikası ilə ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk, çünki Türkiyə indiyədək üzləşdiyimiz bir sıra regional və dünya problemləri ilə bağlı çox məsuliyyətli, suveren və düşünülmüş mövqe tutub", - Peskov bildirib.

Qeyd edək ki, ötən gün - mayın 11-də Türkiyənin prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Tvitter səhifəsində yazaraq Rusiyanı Türkiyədəki prezident seçkilərinə müdaxilə etməməyə çağırıb.




Paylaş:


Müəllif : Tarix:
12-05-2023, 14:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər