İncə qərarını verdi – Ərdoğan, yoxsa Kılıçdaroğlu?
Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərinin birinci turundan əvvəl namizədliyini geri götürən Məhərrəm İncə sədri olduğu Məmləkət Partiyasının Ali Məclisini toplayıb.
RegionXəbərləricom.az Teleqraf.com-a istinadla xəbər verir ki, dörd saatdan çox davam edən iclasda ikinci turda Prezident Rəcəb Tayyib Ərdoğanı, yoxsa CHP sədri Kamal Kılıçdaroğlunu dəstəkləməyin daha məqsədəuyğun olduğu müzakirə edilib.
Partiya rəhbərliyinin hər iki namizədin birbaşa dəstəklənməsinə üstünlük verilmədiyi iclasın sonunda “nə Ərdoğan, nə də Kılıçdaroğlu” qərarının verildiyi bildirilib.
Məlumata görə, seçimi Məmləkət Partiyasına səs verən seçicilərin ixtiyarına buraxmaq qərara alınıb.
İncə namizədliyindən geri çəkilməzdən əvvəl ona qarşı irəli sürülən ittihamlarla bağlı da danışıb.
“Üzüldüyüm odur ki, FETÖ-çülər saxtakarlığı sevirlər, FETÖ-çülər bunu edir, köhnə dostlarım da bunu bölüşürlər. Buna görə üzgünəm”, - partiya sədri bildirib..
İclasda Məmləkət Partiyasının bağlanmaması və siyasi fəaliyyətini davam etdirməsi də qərara alınıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-05-2023, 12:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər