reklam
Regionxeberlericom.az » Siyasət » “Sülh əldə edilməsə, əməliyyatlar qaçılmazdır” – Vaxt açıqlandı!

reklam

“Sülh əldə edilməsə, əməliyyatlar qaçılmazdır” – Vaxt açıqlandı!


Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

Bildirilib ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Məlumata görə, məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik, hərbi ekspert Elxan Qəniyev "Sherg.az"a bildirib ki, danışıqlara bir neçə gün qalmış erməni tərəfi bu tipli təxribatlara əl atır:

"Ümumiyyətlə ordu Paşinyana tabe olmur. Onun adı sadəcə baş nazirdir. Həmçinin Ermənistan ordusunun generallarının və zabitlərinin böyük bir hissəsi Rusiya hərbi məktəblərinin yetirmələridir.

Bu təxribatları da onlar törədirlər. Yəni Paşinyanlıq bir hadisə deyil. Bu cür təxribatların arxasında Kreml dayanır.

Çünki onlar görüşdə rəsmi İrəvanın əlinin güclü olmağına çalışırlar. Yəni bizim Ermənistandan şikayət etməyimizi istəyirlər ki, sonunda Azərbaycana “Hər şeyi biz həll edəcəyik siz sakit olun!” deyə bilsinlər".

Ekspert əlavə edib k, rəsmi Bakı hər şeyi yaxşı anlayır:

"Bizimkilər nə sualı verəcəklərini bilirlər. Burada əsas çıxış yolu isə antiterror əməliyyatıdır. Aldığım məlumatlara görə Azərbaycan tərəfi Moskvada istədiyinə nail ola bilməsə, yaxın zamanda əməliyyatlara başlanacaq.

Çünki buna hazırlıq gedir. Ümumiyyətlə, Rusiya Brüsseldə əldə edilən razılaşmaları pozsa, Azərbaycan tərəfi buna ciddi cavab verəcək. Təki sülh əldə edilsin.

Çünki 10 min separatçını torpaqlarımızdan çıxarmaq üçün, biz də ciddi itkilər verə bilərik. Ancaq sülh əldə edilməsə, Azərbaycanın başqa çarəsi qalmır və əməliyyatlar qaçılmaz olur".




Paylaş:


Müəllif : Tarix:
18-05-2023, 17:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər