reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycanda səsvermə başladı

reklam

Azərbaycanda səsvermə başladı

















Prezident seçkilərinin ikinci turu ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi mayın 20-də yerli vaxtla saat 08:00-də səsverməyə açılıb.

RegionXəbərləricom.az “AzərTac”a istinadən xəbər verir ki, Bakıda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın Türkiyə səfirliyinə gələrək öz namizədlərinə səs verirlər.

Türkiyə vətəndaşları Bakıdakı səfirliyin, həmçinin Gəncə və Naxçıvandakı baş konsulluqların binalarında səs verəcəklər.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçirilir. Seçkilərin ikinci turunda qalib gələn iki namizəddən biri Türkiyə Prezidenti olacaq.

Seçkilərin 2-ci turunda mübarizə aparan hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan ilk turda 49,24 faiz səs toplayıb. Müxalifət lideri Kamal Kılıçdaroğlu isə 45,07 faiz səs yığıb.




Paylaş:


Müəllif : Tarix:
20-05-2023, 09:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər