reklam
Regionxeberlericom.az » Siyasət » AKP-dən Ərdoğan-Oğan görüşü ilə bağlı açıqlama

reklam

AKP-dən Ərdoğan-Oğan görüşü ilə bağlı açıqlama

















"Dolmabahçedə keçirilən cənab Oğanla ("ATA" Alyansının prezidentliyə namizədi Sinan Oğan - red.) prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red.) görüşünü dəyərli hesab edirəm".

RegionXəbərləricom.az "Hürriyet"ə istinadən xəbər verir ki, bunu AK Partiya sədr müavini Hamza Dağ dünən Ərdoğanla Sinan Oğan arasında keçirilən görüşlə bağlı açıqlama verərkən deyib.

Hamza Dağ bildirib ki, seçicilərin bəziləri yönləndirilə bilər, bəziləri isə öz fikri ilə hərəkət edəcəklər:  

"Danışıqların əhəmiyyəti var. Siyasət danışıqlar aparmaq üçün mövcuddur. Düşünürəm və bilirəm ki, danışıqların nəticəsi olaraq bütün ölkəmiz razı qalacaq".

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçiriləcək. "ATA" Alyansının prezidentliyə namizədi Sinan Oğan Türkiyədə keçirilən prezident seçkilərində 2 milyon 829 min 634 seçicinin səsini qazanaraq (5,17 faiz) hazırda seçki nəticələrinə birbaşa təsir edəcək vəziyyətdədir.

Seçkilərin ikinci turu mayın 28-də keçiriləcək.




Paylaş:


Müəllif : Tarix:
20-05-2023, 12:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər