reklam
Regionxeberlericom.az » Siyasət » Zəngilanda tutulan erməni diversantların adları açıqlandı - Rəsmi

reklam

Zəngilanda tutulan erməni diversantların adları açıqlandı - Rəsmi


Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti Zəngilan istiqamətində törədilmiş təxribat-diversiya əməli ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 26-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Belə ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində aparılan araşdırma zamanı Ermənistan hərbi qulluqçuları – Hovakimyan Harut Yuriki, Qazaryan Karen Aşoti və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 may 2023-cü il tarixdə saat 16 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə edib özləri ilə daşıdıqları odlu silah və döyüş sursatları ilə birlikdə qanunsuz olaraq nəzarət-buraxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kənar keçməklə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud Azərbaycanın dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycanın ərazi bütövlüyü ziddinə qərar qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması üçün Zəngilan rayonu Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçularına odlu silahla atəşlər açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlarla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Toplanmış sübutlar əsasında Harut Hovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.




Paylaş:


Müəllif : Tarix:
27-05-2023, 12:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər