reklam
Regionxeberlericom.az » Siyasət » TƏDARÜK VAR: Payızda referendum olacaq... - SEÇKİ XƏRCLƏRİ ARTIRILDI

reklam

TƏDARÜK VAR: Payızda referendum olacaq... - SEÇKİ XƏRCLƏRİ ARTIRILDI


Parlamentə təqdim olunan büdcə dəyişikliklərində seçkilərlə bağlı xərclər 50%-ə yaxın artırılaraq 46,7 mln. manata çatdırılıb.

Məlumat üçün deyim ki, 2018-ci ilin prezident seçkilərinin təşkili xərcləri 53 mln. manat, 2019-cu ildə bələdiyyə seçkilərinin xərcləri 41 mln. manat, 2020-ci ildə parlament seçkiləri üçün 50 milyon manat xərclənmişdi.

Bunu Gununsesi.info-ya açıqlamasında iqtisadi Rövşən Ağayev deyib:

“Müqayisə üçün, hər hansı seçkinin olmadığı 2021-ci ildə büdcənin seçki komissiyaları ilə bağlı xərcləri 13 milyon manat ətrafında olub.

Ehtimal olunan seçki tədbiri payızda referendumun keçirilməsidir”.

Qeyd edək ki, referendumla bağlı söhbətlər xeyli zamandır ki, danışılır.

Məlumata görə, referendumda deputat yerlərinin sayının artırılması və bir sıra konstitusiya dəyişiklikləri nəzərdə tutulur.




Paylaş:


Müəllif : Tarix:
5-06-2023, 16:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər