“Zəngəzur dəhlizi Ermənistanla yox, İranla bağlı problemdir” - Ərdoğan
"Zəngəzur dəhlizi Ermənistanla bağlı bir problem deyil, İranla bağlı problemdir".
Bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə verdiyi açıqlama zamanı deyib.
"Yəni əhalisinin əksəriyyəti müsəlman olan iki ölkə. İranın burada belə münasibətdə olması həm Azərbaycanı, həm də bizi kədərləndirir. Əslində bu, onları da kədərləndirməlidir. Həmçinin, burada hər vaqona görə tutulan rüsumlar təəssüf ki, çox, çox yüksəkdir. Ümid edirəm ki, tezliklə bu problemin öhdəsindən gələcəyik. Əgər buna müsbət yanaşsalar, bu gün Türkiyə-Azərbaycan-İran həm avtomobil yolu ilə, həm dəmir yolu ilə bir-birinə inteqrasiya olunar, bəlkə də “Pekin-London xətti” də açılardı", - Ərdoğan bildirib.
Xatırladaq ki, Ərdoğan Prezident İlham Əliyevin dəvəti ilə iyunun 12-də Azərbaycana dövlət səfərinə gəlib. İyunun 13-də Türkiyə Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-06-2023, 14:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər