“Vaqner” qiyamı ilə bağlı son qərar verildi

Rusiya Federal Təhlükəsizlik Xidmət (FTX) “Vaqner” özəl hərbi şirkətinin iyunun 23-də başlayan silahlı qiyamı ilə bağlı işin istintaqını bu gün dayandırıb.
Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“FTX-nin İstintaq İdarəsi tərəfindən iyunun 23-də silahlı üsyan faktı üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 279-cu maddəsi ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, iyunun 24-də onun iştirakçıları bilavasitə cinayət törətməyə yönəlmiş hərəkətləri dayandırıblar. Bu və istintaq üçün əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq, iyunun 27-də istintaq orqanı cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib”, - deyə qurumdan bildirilib.
Xatırladaq ki, bir gün öncə RF Baş Prokurorluğundakı mənbə Priqojinin qiyamı ilə bağlı cinayət işinin ləğv olunmadığı barədə xəbər vermişdi.
Mənbə: TASS
Paylaş:
Müəllif : Yazar
Tarix:27-06-2023, 14:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB