reklam
Regionxeberlericom.az » Siyasət » GƏLİŞMƏ: Sərhəddən erməni əsgərlərinin meyitləri buraxılmır... - “Düzgün addımdır”

reklam

GƏLİŞMƏ: Sərhəddən erməni əsgərlərinin meyitləri buraxılmır... - “Düzgün addımdır”


İyunun 28-də Azərbaycan Ordusunun Ağdərə və Xocavənd istiqamətlərində həyata keçirdiyi antiterror əməliyyatı zamanı Ermənistan ordusunun iki həbçisi öldürülüb.

Bu barədə qondarma rejimin nümayəndəsi, özünü ombudsman adlandıran Geğam Stepanyan “Azadlıq” radiosunun Ermənistan bürosuna açıqlama verib.

Məlum olub ki, “Qisas” əməliyyatı nəticəsində öldürülən 5 hərbçidən iki nəfəri Ermənistan əsgəridir.

Geğam Stepanyan bildirib ki, ailələri 20 yaşlı əsgər Samvel Torosyanın və 20 yaşlı Yervand Tadevosyanın meyitlərini Ermənistana aparmaq istəyir. Lakin Azərbaycan tərəfi cəsədləri Ermənistana buraxmır. Lakin Stepanyan həmin əsgərlərin Ermənistan ordusunda xidmət etdiyini gizlətməyə çalışıb.

Məqsəd isə Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisində qaldığını ört-basdır etməkdir. Belə ki, Samvel Stepanyanın guya Xankəndi şəhər sakini olduğu, lakin validenylərinin onu İrəvandakı “Yerablur” hərbi məzarlığında dəfn edilməsini istədiyi əsas gətirilib. Bu zaman sual oluna bilər ki, Xankəndi şəhərində hərbi məzarlıq var və 44 günlük müharibədə öldürülmüş 4 minə yaxın terrorçunun əksəriyyəti orada dəfn olunub.

O zaman nə üçün valideynləri övladının meyitini başqa ölkəyə göndərsin?

Yervand Tadevosyanın isə Laçın rayonunda anadan olduğu, ailəsinin Ermənistanda yaşadığı bildirilir. Tutaq ki, bu belədir.

O halda nə üçün Tadevosyan Qarabağ sakini kimi qələmə verilir?

O, Ermənistanda yaşayırsa, deməli hərbi xidmətə də vətəndaşı olduğu ölkə tərəfindən çağırılıb. Yəni Ermənistan ordusunun əsgəridir. Əgər Tadevosyanın ailəsi Ermənistanda yaşayırsa və iki il öncə əsgəri xidmətə çağırılıbsa, Qarabağa necə gəlib çıxıb? Axı, 44 günlük müharibənin başa çatmasından 2 il 9 ay ötür. Deməli, Tadevosyan hərbi xidmətə müharibədən sonra çağırılıb Azərbaycan ərazisinə qanunsuz yolla keçib.

Ona görə də ermənilər tərəfi əsgərlərin meyitlərinin Ermənistan ordusuna aid olduğunu gizlətməyə çalışır. Ancaq Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin mövcudluğu real faktları saxlaşdırmağa imkan vermir.

Hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan hərbçilərinin meyitlərinin Qarabağd ərazisindən çıxarılmasına icazə verilməməsi doğru addımdır:

“Çünki Azərbaycan dövləti bu terrorçulara silahı təhvil verib təslim olmaq üçün təkliflər vermişdi. Laçın-Xankəndi yolunu da silahlıların Azərbaycan ərazisini tərk etməsi üçün açıq saxladıq.

Lakin erməni silahlı birləşmələri Azərbaycan tərəfinin yaratdığı bu imkandan istifadə etmədilər və Azərbaycana qarşı təxribatlarını davam etdirdilər. Belə olan halda onların Azərbaycan torpaqlarından çıxarılmaması normal qarşılanmalıdır.

Xatırladım ki, baş verən bu hadisədə kimsə Azərbaycan tərəfini günahlandıra bilməz. Çünki dünyada heç kim terrorçularla müzakirə aparmır, onların dəfn mərasimləri ilə bağlı məsələlərə anlayışla yanaşımır. Hətta Bin-Ladeni məhv edən ABŞ onun cəsədini heç kimə göstərməmişdi. Ona görə də erməni tərəfinin qaldırdığı bu məsələlər hay-küydən başqa bir şey deyil.

Bu fakt bir daha göstərir ki, Ermənistan öz silahlı birləşmələrini hələ də Azərbaycan ərazisindən, o cümlədən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasından çıxartmayıb. Eyni aqibət yaxın perspektivdə digər erməni silahlılarını da gözləyir. Buna kimsənin şübhəsi olmasın. Azərbaycan ərazisindəki terrorçular ya silahı yerə qoyaraq təslim olmalıdır, ya da məhv ediləcəklər”.





Paylaş:


Müəllif : Tarix:
30-06-2023, 17:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər