Vaşinqton görüşünün TƏFƏRRÜATI - Ermənistan Bakıdan bu dəfə nə istədi?
Vaşinqton görüşü öncəsi Qarabağda baş verən insidentlər digərlərindən fərqləndi. Çünkü məqsəd və məram gün kimi aydın idi. Vaşinqton görüşü ərəfəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr tərəfindən baş verən insident məqsədyönlü şəkildə törədilmiş təxribatdır və məqsəd sülh müqaviləsi istiqamətində ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlara kölgə salmaq və bu təmaslar öncəsi neqativ abu-havanın yaratmaqla proseslərə əngəl olmağa hesablanmışdı.
Azərbaycan əsgərinin yaralanmasına cavab olaraq “Qisas” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edildi. Bu adekvat cavab tədbirləri bir daha göstərdi ki, Azərbaycan istənilən təxribata çox sərt cavab verməkdə qətidir. Amma təəssüf ki, separatçıların bu təxribatlarına görə məsuliyyəti tək Ermənistan tərəfi yox, eyni zamanda Rusiya sülhməramlı kontingenti də daşıyır. Çünkü qanunsuz hərbi birləşmələri təxribata rusiyalı sülhməramlıların təşfiq etdiyi istisna olunmur, çünki bu qüvvələr sülhməramlıların tam nəzarətində fəaliyyət göstərirlər. Buna görə də cavabdehliyi birbaşa olaraq məhz Rusiya kontingenti daşıyır.
Əslində bu cür təxribatlara rəvac verilməsi və Vaşinqton görüşü kimi təmaslar öncəsi, gözlənilən idi. Çünkü Rusiya, Qarabağ separatçıları, eləcə də Ermənistandakı radikal müxalifət Vaşinqtonda görüşlərin nəticələrinin əleyhinə idi. Təbii ki, baş vermiş təxribatda Laçında qurulmuş postu “blokada” kimi təqdim edərək terrorçulara dəstək verən bir sıra korrusipner qərb siyasətçiləri və təşkilatlarının da məsuliyyəti var. Bu təxribat ermənipərəst və islamafov qüvvələrin, Avropa Parlamenti daxilində də bəzi qüvvələrin maraqlarına cavab verir.
Düzü, Ermənistanda da danışıqlardan yayınmaq üçün prosesdən yararlana biləcəyi gözləntiləri yüksək idi. İrəvan qondarma “Bakı-Xankəndi” formatını və “beynəlxalq mexanizm” istəyini əsaslandırmaq üçün baş verənlərdən istifadə etməyə çalışmaq istəyirdi. Ermənistan baş nazirinin Azərbaycanın “Qisas” əməliyyatı haqda dedikləri, “beynəlxalq ictimaiyyəti Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyini” qorumağa çağırması” da bu na hesablanmışdı.
Lakin İrəvanın danışıqlardan yayınmaq cəhdi baş tutmadı. Amma rəsmi İrəvanın XİN başçıları arasında növbəti Vaşinqton raundu ilə bağlı açıqlamalarından elə aydın oldu ki, Ermənistan Azərbaycanın qarşısında ciddi maneə yaratmaq, sənədlərin imzalanmasına mane olmaq fikrindən dönmək istəmirlər.
Ermənistan Xarici İşlər Nazirliyi Bayramov və Mirzoyanın Vaşinqton görüşündə Azərbaycanla sülh müqaviləsi layihəsinin hansı bəndi ilə bağlı razılaşmanın mümkün olmadığını açıqlayıb:
- 1975-ci il Sovet xəritələri əsasında demarkasiya aparılması
- Qoşunların "təmas xəttindən" çıxarılması.
- Qarabağda ermənilərin əhalisinin hüquqlarının müdafiəsi üçün beynəlxalq mexanizmlərin işə salınması.
Göründüyü kiimi Ermənistan hələ də Qarabağ erməniləri üçün "qarantlar institutu"na nail olmağa çalışır. Amma bu 3 bəndin heç biri reallığı əks etdirmir və Azərbaycan bu məsələlərlə bağlı öz kəskin fikrini, mövqeyini çox aydın şəkildə bəyan edib. Xüsusilə də Ermənistanın Qarabağ ermənilərinin hüquqlarına və təhlükəsizliyinə beynəlxalq təminat tələbləri absurddur, qəbuledilməzdir.
Çünkü bu Azərbaycanın daxili suveren məsələsidir. Azərbaycanın Konstitutsiyası və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar əhalinin hüquqlarının təmin edilməsi üçün bütün lazımi imkanlara malikdir. Bu səbəbdən etnik ermənilər də digər etnik və dini azlıqlar kimi Azərbaycan cəmiyyətinə reinterqasiya olunmaq bərədə düşünsələr daha yaxşı olar.
Dövlət Departamentinin rəhbəri Entoni Blinken Vaşinqtonda XİN başçıları arasındakı növbəti görüşlə bağlı açıqlamasında isə bu raundu tərəflər üçün uğurlu adlandırıb. Blinkenin növbəti açıqlamasında isə bu fikrlər xüsusi ilə diqqət çəkib: "Razılığa nail olmaq nə qədər yaxın olsa da bəzi hallarda bu məsələlər bir o qədər də çətinləşir. Çünkü ən çətin məsələlər sona qalır".
Dövlət Departamentinin rəhbərinin açıqlamasından bu qənaətə gələ bilərik ki, ortaq məsələlərdə Bakı ilə İrəvan konseptual fikrə gələ bilməyiblər, ortaq məxrəcə gəlinməyib, hər hansı ciddi irəliləyişdən söhbət edə bilmər. Konseptual məsələlər dedikdə, çox güman ki, Bakı ilə Xankəndi arasındakı dioloqdan söhbət gedir. Doğrudur, Bakı heç vaxt Qarabağ erməniləri ilə dioloqdan qaçmayıb. Azərbaycanın da istəyi bu istiqamətdədir ki, bu məsələləri məhz yerində həll etsin. Hətta Qarabağ ermənilərinin nümayəndələri bu zamana kimi bir neçə dəfə Bakıya da dəvət edilsələr belə, onlar bu təklifdən imtina ediblər. Amma rəsmi İrəvan bir şeyi qulağında sırqa etməlidir ki, burada hər hansı bir statusdan söhbət gedə bilməz. Bakı bu məsələni heç kimlə müzakrə etməyəcək.
Nəzərə alsaq ki, növbəti görüşün iyulda Brüsseldə Nikol Paşinyan və Prezident İlham Əliyevin işttakı ilə keçirilməsi nəzərdə tutulur, okeanın o tayındakı görüşlərin növbəti təmaslar üçün qənaətbəxş adlandıra bilərik. Lakin hadisələrin bu cür inkişafı Bakıdan daha konseptual qərarlar tələb etməsini şərtləndirir.
Çünkü indi rəsmi Bakı bundan sonra baş verə biləcəklərə necə hazırlaşmaq barədə ciddi düşünür – bir tərəfdə sülh proqramı, digər tərəfdə erməni təxribatları, digər yanda isə regionda coşan qlobal maraqlara şahid oluruq. Regional qarşıdurma ehtimalına təsir etmək imkanlarını genişləndirmək üçün Bakının imkanları məhdud deyil, amma ipin ucunu da əldə saxlamaq üçün mütləq şəkildə rəsmi İrəvana təzyiqləri artırmaq olduqca vacibdir.
Rusiya üçün Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsi arzulanan deyil. Bu səbəbdən də hazırda rəsmi Moskva əsas Zəngəzur dəhlizinin açılması və ona nəzarət, Şimal-Cənub Dəhlizinin potensialını göstərməsində maraqlıdır. Vaşinqton danışıqlarından sonra Rusiya ilə İranın Azərbaycan-Ermənistan gündəliyindəki Qərb motivlərinə qarşı hərəkəti güclənə bilmək ehtimalının az olmadığını nəzərə alsaq, o zaman Bakı bu məsələlərdə mütləq şəkildə Ankara ilə birgə regional prosesləri bərabər nəzərdən keçirmək ehtiyacını özündə hiss edə bilər. İstər Bakının, istərsə də Ankaranın regional məsələlərlə bağlı ortaq qərarları və mövqeyi artıq bütün dünyaya bəllidir. O səbəbdən də yaxşı olar ki, Ermənistan rəhbərliyi vəziyyəti özü üçün daha da çətinə salmasın. Çünkü onun bu destruktivliyi Ermənistana zərərdən başqa heç nə verməyəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-06-2023, 17:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər