Tramp Baydeni “səriştəsiz” adlandırıb – Prezidentlik yarışına 20 minlik mitinqlə başladı
ABŞ-ın eks-prezidenti Donald Tramp Ukrayna və İraqla bağlı söylədiyi fikirlərə görə hazırkı Amerika lideri Co Baydeni “səriştəsiz” adlandırıb.
“AzPolitika.info” “CBS News”-a istinadla xəbər verir ki, bu barədə Tramp Cənubi Karolinada keçirilən mitinqdə bildirib.
“Ukraynanı səhvən İraq adlandırmaq olmaz və təbii ki, bunu iki dəfə etmək heç olmaz”, - deyə sabiq Prezident vurğulayıb.
Bundan əvvəl ABŞ Prezidenti Co Bayden səhvən Rusiya dövlətinin başçısı Vladimir Putinin “İraqdakı müharibəni açıq-aşkar uduzduğunu” bildirmişdi.
Donald Tramp 2016-cı il kampaniyasını tərəfdarlarını arenalara və meydanlara yığa bilmək bacarığı üzərində qurdu. 2024-cü il seçkilərinə namizədlik uğrunda yarışa isə Tramp ilk əyalət mitinqində kiçik bir şəhərdə start verdi.
“Politoco” xəbər verir ki, şənbə günü Cənubi Karolina təpələrində 3300 nəfərlik bir şəhərin kino setinə bənzər “Main Street” meydanında mitinq keçirən Tramp təkcə özünün qalası olan Amerikanın kəndlərində deyil, həm də dominant olaraq qaldığı ilkin ştatda güc nümayişi göstərdi.
İki əsas rəqibi Nikki Heyli və Tim Skottun vətəni olan ştatda Tramp 20 minlik mitinq toplayıb.
“Bu ölkəni sizin kimi zəhmətkeş vətənpərvərlər qurdular və ölkəmizi xilas edəcəklər də sizin kimi zəhmətkeş vətənpərvərlərdir”, - Tramp dramatik musiqi partiturasının müşayiəti ilə izdiham qarşısında deyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-07-2023, 11:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər