reklam
Regionxeberlericom.az » Siyasət » İranın xarici işlər naziri Azərbaycana gəlir

reklam

İranın xarici işlər naziri Azərbaycana gəlir


















İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Azərbaycana gəlir.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani məlumat verib.

Onun sözlərinə görə, Abdullahianın Azərbaycana səfər çərçivəsində Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Kənani həmçinin bildirib ki, XİN başçısı Azərbaycanda olduğu müddətdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşəcək.

“Bu görüşlər İran və Azərbaycan arasında anlaşılmazlıqların həllinə səbəb ola bilər. Xoşbəxtlikdən iki tərəf arasında münasibətlərin atmosferi nümayəndə heyətlərinin əlaqələri və səfəri ilə əhəmiyyətli və konkret dərəcədə müsbətdir. Xarici işlər nazirinin Azərbaycana səfəri və keçirilən görüşlər iki tərəf arasında münasibətlərin səviyyəsinin yaxşılaşmasına səbəb ola bilər” - XİN sözcüsü Nasir Kənani deyib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası 5-6 iyul tarixlərində Bakıda keçiriləcək.




Paylaş:


Müəllif : Tarix:
3-07-2023, 12:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər