reklam
Regionxeberlericom.az » Siyasət » Xankəndidə separatçıların UNU QURTARIB... - 2 günlük unları qalıbmış...

reklam

Xankəndidə separatçıların UNU QURTARIB... - 2 günlük unları qalıbmış...


Qarabağda yaşayan ermənilər arasında xəbər yayılıb ki, iqtisadi bölgədə cəmi iki günlük un ehtiyatı mövcuddur. Regionxeberlericom.az-ın məlumatına görə, JAMAZ.İNFO “Past” qəzetinə istinadən xəbər verir ki, belə bir xəbər dünən Arayik Harutyunyanın yerli separatçılarla keçirdiyi görüşdən sonra yayılıb.

Həmin məlumata görə, xəbər yayıldıqdan sonra Xankəndi və ətrafında un satışı dayandırılıb. Üstəlik, bir çoxları taxıl alaraq, ehtiyatda saxlamağa başlayıb. Dünən Qarabağda vəziyyət elə bir şəkil alıb ki, separatçılar “polis”i işə cəlb etmək məcburiyyətində qalıb. Kəndlərə göndərilən “polis”lər əhalinin r iri həcmdə taxıl və un almasını əngəlləməyə başlayıb.

Bu gün isə Xankəndidəki separatçı rejimin nümayəndələri məlumat yayıblar ki, un ehtiyatının azalması ilə bağlı yayılan məlumatlar doğru deyil. Onlar iddia ediblər ki, hazırda taxıl biçini dövrüdür və onlar prosesə nəzarət edirlər. “Tezliklə, yığılan taxıl ehtiyat fonduna yönəldiləcək”.

Qeyd edək ki, Qarabağ separatçıları ilə sıravi ermənilər arasında uçurum getdikcə dərinləşir. Buna səbəb sıravi ermənilərin separatçılara artıq “nicat yeri”, “dəstəkçi” kimi baxmamalarıdır. Bunu dünən keçirdiyi yığıncaqda Arayik Harutyunyan da təsdiq edib ki, artıq cəmiyyət onlara inanmır. Hətta Qarabağı tərk edənlərin sayının çoxluğundan da gileylənmişdi.





Paylaş:


Müəllif : Tarix:
4-07-2023, 11:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər