İran taxtı uğrunda Pəhləvi-mücahid yarışı: Güney Azərbaycan nə düşünür? - Göyərtədən kənarda qalmadıq ki?..
Güney Azərbaycan türklərinin milli hüquqlarına və istiqlalına qarşı çıxan qüvvələrin son günlər fəallaşması müşahidə olunur.
Həm pəhləvilər ailəsi, həm də “Xalq mücahidləri” Təşkilatı özünü İrandakı teokratik rejimin alternativi kimi təqdim etməklə hakimiyyətə iddiasını ortaya qoymağa çalışır. Bugünlərdə İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin ABŞ-da yaşayan oğlu Rza Pəhləvinin xanımı Yasmin Pəhləvinin Azərbaycana səfəri bu baxımdan birmənalı qarşılanmayıb. Rza Pəhləvinin həyat yoldaşı öz instaqram hesabında Bakı çimərliklərinin birində çəkilmiş fotosunu paylaşıb.
“Mən ilk dəfə Xəzər dənizinə qədəm qoymağın dərin hissini və şərəfini sizlərlə bölüşmək istərdim, əzizlərim. Vətənimə yaxın olmaq məni sevindirdi. Ölkəmin sahillərindən cəmi bir neçə saatlıq məsafədə olduğumu başa düşmək çox qəribə idi”,- deyə Pəhləvi yazıb.
Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentində, eləcə də yerli mətbuatda 54 yaşlı Yasmin Pəhləvinin ölkəmizə xüsusi dəvətlə bir neçə gündür gəldiyi, məlum fotonun isə Bakı sahillərində çəkildiyi bildirilir. Ancaq onun Bakıya səfərinin xüsusi olaraq təşkil edildiyi, yoxsa şəxsi təşəbbüsü ilə baş tutduğu məlum deyil. Güney Azərbaycan türklərinə qarşı nifrətçilik və soyqırım siyasəti həyata keçirmiş Pəhləvi sülaləsinin mövqeyi hələ də dəyişməz olaraq qalır.
2022-ci ilin sentyabr ayından etibarən İranda davam edən kütləvi etiraz aksiyaları fonunda hakimiyyətə iddiasını irəli sürən Rza Pəhləvi İranda yaşayan millətlərin haqlarını tanımaqdan imtina edib. O, dövlət başına gələcəyi təqdirdə, yenə də atası kimi panfarsist düşüncə tərzinə əsaslanan bir rejim quracağını vəd edir. Ona görə də Yasmin Pəhləvinin Bakıya gəlməsi azərbaycanlılara qarşı təhqir kimi qarşılanıb.
DİA.AZ-ın məlumatına görə, İsveçdə yaşayan Güney azərbaycanlı fəal Saleh Kamrani Cebhe.info-ya açıqlamasında bildirib ki, Pəhləvi ailəsinin İranda hakimiyyətə qayıtmaq şansı yoxdur. Onların sosial şəbəkələrdə, mediada aparadığı təbliğat isə görüntüyə xidmət edir.
“Pəhləvi sülaləsi Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökuməti qurulduğu vaxtdan, hətta ondan əvvəl də Rza şah dövründən bəri Azərbaycanın və türklərin qatı düşmənidir. Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra da pəhləvilər 20 mindən artıq Azərbaycan türkünü qətliam ediblər. Ona görə də bu sülalənin bizə münasibəti necədirsə, bizim də onlara münasibətimiz elədir.
Onlar çalışırlar ki, müxtəlif manevrlər etməklə, İsrailə səfər etməklə, Avropa Parlamentində, ABŞ senatorları ilə görüşlər keçirməklə ictimai rəyi aldatsınlar. Guya ki, pəhləvilər çox önəmli adamlar olduğuna görə onlarla belə görüşlər keçirirlər. Bununla da görüntü yaratmaq istəyirlər. Ötən ilin sentyabr ayından bəri baş verən etirazlardan sonra da edilən bütün manevrlərə, mediada aparılan təbliğata baxmayaraq, hesab edirəm ki, Rza Pəhləvi və onun sülaləsi siyasi cəhətdən tükənib. Yasmin Pəhləvinin Bakıya rəsmi dəvət əsasında səfər etdiyini düşünmürəm.
Məndə olan məlumata görə, Rza Pəhləvinin xanımının Bakıda qohumları var və onu toya dəvət ediblər. Yəni bu səfər qeyri-siyasi mahiyyət daşıyır. Bu səfər Yasmin Pəhləvinin şəxsi təşəbbüsü ilə həyata keçirilib və istirahət etmək, toyda iştirak etmək məqsədi ilə baş tutub”.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə “Azad İran Dünya Zirvə Toplantısı” adlı tədbir keçirilib. Toplantı “Xalq mücahidləri”nin təşkilatçılığı ilə baş tutub. Müzakirələrə digər qonaqlarla yanaşı, ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pens, keçmiş dövlət katibi Maykl Pompeo və Amerika Prezdinetinin Milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton da iştirak ediblər. Məryəm Rəcəvinin sədrliyi ilə keçirilən bu tədbirin məqsədi İrandakı mövcud rejimə qarşı müqaviməti gücləndirmək, azad, demokratik İran dövlətinin qurulmasına nail olmaqdır.
Lakin Paris toplantısı Güney azərbaycanlıların milli maraqları ilə ziddiyyət təşkil edir. Çünki “Xalq mücahidləri” təşkilatı İranda yaşayan millətlərin hüquq və azadlıqlarının təmin olunmasını qəbul etmir. İkincisi, “Xalq mücahidləri”ndn fərqli olaraq, Güney Azərbaycan türkləri isə dinc, demokratik mübarizəyə üstünlük verir.
Hətta Güney azərbaycanlıların martın 25-də Brüsseldə və mayın 20-də Berlində keçirdikləri yürüş-mitinqlərə İranda yaşayan qeyri-fars millətlər dəvət olunduğu halda, müxalifət kimi rəcəvilərin qatılmaması qərara alınıb.
Xatırladaq ki, sözügedən tədbirdə Tramp administrasiyasında yüksək vəzifə tutmuş siyasətçilər iştirak etsə də, ABŞ Dövlət Departamentinin bu il iyunun 21-də yaydığı bəyanatda rəmi Vaşinqtonun “Xalq mücahidləri”nə dəstək vermədiyi bildirilir. “ABŞ İranın “Xalq mücahidləri” Təşkilatını demokratik müxalif hərəkat saymır. Bu təşkilat İran xalqını təmsil etmir”.
Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ hakimiyyəti “Xalq mücahidləri” Təşkilatına heç bir maliyyə dəstəyi vermir və onların üzvlərini təlimatlandırmır, bu qurumla da xüsusi əlaqəsi yoxdur:
“Mücahidlərlə yalnız köçürülərkən (İraqdakı düşərgədən köçürülməni nəzərdə tutur-red.) əlaqə olub. Bu da 2016-cı ildə başa çatıb”.
Saleh Kamraninin sözlərinə görə, “Xalq mücahidləri” 60 ildir ki, əvvəl şah rejiminə, sonra isə islam republikasının hakimiyyətinə qarşı mübarizə aparır.
1979-cu ildə İranda İslam inqilabı zamanı şah rejiminin devrilməsində “Xalq mücahidləri” fəal iştirak etsə də az sonra teokratik rejimə qarşı silahlı müxalifətə keçib:
“Bu təşkilat uzun illər silahlı mübarizə aparıb, Səddam Hüseynin hakimiyyəti dönəmində İraqa sığınıb. İndi isə silahlı mübarizəni dayandırıblar və ABŞ-ın yardımı ilə Albaniyada məskunlaşıb fəaliyyətlərini davam etdirirlər. Artıq konfranslar, müzakirələr keçirməkdə təcrübə qazana biliblər. Ona görə də tanınmış siyasətçiləri Parisə gətirə biliblər. Tədbirə qatılan siyasətçilər də təmsil etdikləri dövlətlərin maraqları baxımından bu dəvəti qəbul edərək iştirak ediblər.
“Xalq mücahidləri” də şahçılar kimi İranın bütövlüyünü istəyən fars millətçi təşkilatıdır. Lakin artıq vəziyyət dəyişib. Onlar da anlayır ki, dəyişən siyasi şəraitin əsas prioriteti millətlər məsələsidir. İran xüsusilə də türklərin çoxluq təşkil etdiyi çoxmillətli ölkədir. Ancaq şahçılar və mücahdilər bir-biri ilə rəqabətdədir, düşməndir. İndi mücahidlər də Parisdə tədbir təşkil etməklə şahçılardan qabağa düşmək istəyirlər. Ancaq bu, bizi narahat etmir.
Şahçılar və mücahidlər İranın çoxmillətli olduğunu qəbul etməyənə qədər, bu millətlərin bərabər haqlarını tanımayana, nəhayət, bu millətlərin öz milli dövlətlərini qurmaq haqqı ilə razılaşmayanadək onların tədbirləri də bizim tərəfimizdən tanınmayacaq. Onlar hər il belə konfranslar keçirir, danışırlar. Orada Azərbaycandan olan millət vəkilləri iştirak edib. Bu sadəcə, dövlət maraqlarından və İranla münasibətlərdən irəli gələn bir məsələdir. Ancaq mən Azərbaycan dövlətinin onlara dəstək verdiyini və ya Güney Azərbaycan məsələsinə münasibətini dəyişdiyini düşünmürəm.
Nə şahçıların, nə də mücahidlərin İran hakimiyyətinə alternativ olmaq qabiliyyəti var. Onlar normal müxalifət kimi fəaliyyət göstərmək üçün ilk növbədə, Güney Azərbaycan, Qaşqay, Xorasan və türkmən türklərinin, həmçinin ərəblərin, bəlucların haqlarını tanımalıdır. Bu halda normal fəaliyyət göstərər bilərlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-07-2023, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər