«Tripadvisor» saytı Şuşadakı erməni ünvanlı "Şuşi otellərini" təbliğ edir – «ŞUŞİNİN OTELLƏRİNƏ GƏLİN» (FOTOLAR)
Dünyanın tanınmuş turizm platformalarından olan «Tripadvisor» Şuşanı hələ də erməni şəhəri kimi və «Şuşi» adı ilə təqdim edir.
Regionxeberlericom.az FED.az-a istinadla xəbər verir ki, «Tripadvisor» səhifəsində turistlərə «Shushi Grand Hotel» otelində istirahət və digər abidələrə ekskursiyalar təklif edilir.
Azərbaycanın tarixi mədəni mərkəzlərindən biri olan və 2020-ci ildə azad edilən Şuşa həhəri ilə bağlı «Tripadvisor»da bir neçə təklif var.
Onlardan biri «Shushi Grand Hotel»idir. Saytda bildirilir ki, bu otel Azərbaycan şəhəri olan Şuşada "Aram Manukyan küçəsi 2B" ünvanında yerləşir. «Nəyə görə bu qədər çox səyahətçi Şuşaya səfər edərkən Shushi Grand Hotel-i öz kiçik oteli seçir. Dəyər, rahatlıq və rahatlığın ideal qarışığını təmin edərək, sizin kimi səyahətçilər üçün nəzərdə tutulmuş bir sıra şəraiti olan romantik bir mühit təklif edir.
Shushi Grand Hotel-in otaqlarında kondisioner var və qonaqlar pulsuz wifi ilə əlaqə saxlaya bilərlər. Siz Shushi Grand Hotel-də qalarkən, həmçinin restorandan həzz ala bilərsiniz.
Vaxtınız varsa, Hunot Kanyonu, Ghazanchetsots Cathedral və Kanach Zham (Green Church) piyada məsafədə yerləşən məşhur attraksionlardır. Əminik ki, Şuşanın təklif etdiyi bütün şeylərlə tanış olaraq Shushi Grand Hotel-də qalmağınızdan həzz alacaqsınız»-deyə «Şuşi» şəhərindəki «məşhur» otelin təqdimatında deyilir.
Saytda təqdim olunan otelin şəkillərində Ermənistan və qondarma qurumun bayraqları əks olunub. Amma oteldə qalmaq üçün qiymətlər açıqlanmır bildirilir ki, qiyməti almaq üçün otellə əlaqə saxlamaq lazımdır.
Saytda Şuşadakı alban kilsəsi qədim erməni kilsəsi kimi – «Artsax»dakı «Apostolic Armenian Cathedral» adı ilə təqdim olunur. Üstəlik burada azərbaycanlıların kiləyə qarşı «vandalizmi» təsvir olunur: «Müqəddəs Xilaskar Katedrali» 1868-1887-ci illər arasında tikilmişdir, (Ghazanchetsots Cathedral), Şuşidə, Artsaxda erməni apostol kilsəsidir. Azərbaycan əsgərinin zəng qülləsindən zəngi və 4 mələkdən ikisini oğurlaması nəticəsində vandalizm olub. Sovet dövründə azərbaycanlılar tərəfindən 1920-ci ilin martında ermənilərə qarşı şəhər qırğını zamanı da dağıdılıb»-deyə «Tripadvisor» bütün dünyaya «azərbaycanlıların vandalizmi» haqqında elan edir.
«Tripadvisor»un «Artsax»a səyahət edən turistlərə ekskursiya təkliflərindən biri də «Tank abidəsi»dir. Bu T-72 tankı ermənilərin Şuşanı işğal edərkən istifadə edtdiyi texnikalardan biridir və 1992-ci ildəki işğalın, ermənilər üçün isə Şuşadakı «qələbə»nin simvoludur – «Tripadvisor» turistləri qələbəni simvolunu ziyarət etməyə dəvət edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2023, 11:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər