reklam
Regionxeberlericom.az » Siyasət » Özbəkistanda prezident seçkilərində səsvermə başa çatıb - Yenilənib

reklam

Özbəkistanda prezident seçkilərində səsvermə başa çatıb - Yenilənib


















Özbəkistanda növbədənkənar prezident seçkilərində ölkənin bütün seçki məntəqələrində səsvermə başa çatıb.

Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, seçkilərdə fəallıq 69,85% olub və 13,46 milyon insan səs verib.

***09:43

Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.

Respublikanın diplomatik və digər nümayəndəliklərinin nəzdində təşkil olunmuş 39 xarici ölkədəki 56 məntəqə istisna olmaqla, demək olar ki, bütün 10 min 784 seçki məntəqəsində səsvermə başlayıb.

Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

"İyulun 9-da yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 07:00) Özbəkistanda növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermənin başlandığı bütün seçki məntəqələri açılıb, səsvermə yerli vaxtla saat 18:00-(Bakı vaxtı ilə 17:00) da başa çatacaq", - qurumun sözçüsü bildirib

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə onlarla dövləti və beynəlxalq təşkilatı təmsil edən 800-ə yaxın beynəlxalq müşahidəçi, o cümlədən 1500-ə yaxın yerli və xarici jurnalist akkreditasiyadan keçib.

Xalqların Demokratik və Ekoloji partiyaları öz liderləri Uluqbek İnoyatov və Abduşükür Həmzəyevi, “Ədalət” Sosial Demokrat Partiyası Ali Məhkəmə sədrinin birinci müavini Robaxon Mahmudovu, Liberal Demokrat Partiyası isə respublikanın hazırkı rəhbəri Şavkat Mirziyoyevi prezidentliyə namizəd göstəriblər. Özbəkistanın "Milli Dirçəliş" Demokratik Partiyası da respublikanın hazırkı rəhbəri Şavkat Mirziyoyevi dəstəkləmək qərarına gəlib.




Paylaş:


Müəllif : Tarix:
9-07-2023, 21:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər