reklam
Regionxeberlericom.az » Siyasət » Putin üsyandan sonra Priqojinlə görüşübmüş – “Kreml” açıqladı

reklam

Putin üsyandan sonra Priqojinlə görüşübmüş – “Kreml” açıqladı


















İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin Kremldə Yevgeni Priqojin və “Vaqner” komandirləri ilə təxminən üç saat danışıb.

Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kremlin sözçüsü 24 iyun hadisələrindən sonra Putinlə Priqojin arasında baş tutan görüşlə bağlı “Liberation” nəşrinin dərcinə münasibət bildirərkən deyib:

“Prezidentin belə bir görüşü olub. O, 35 nəfəri - bütün dəstə komandirlərini və şirkətin rəhbərliyini, o cümlədən Priqojin özünü də dəvət edib. Bu görüş iyunun 29-da Kremldə baş tutub və 3 saata yaxın davam edib”.

Dövlət başçısı şirkətin cəbhədəki fəaliyyətinə, eləcə də 24 iyun hadisələrinə qiymət verib.

Peskov qeyd edib ki, Putin “Vaqner” komandirlərinin izahatlarını dinləyib və onlara işə qəbul və döyüşdə istifadə variantları təklif edib. “Vaqner” komandirləri hadisələrlə bağlı öz versiyalarını prezidentə təqdim edərək, onların dövlət başçısının sadiq tərəfdarları və əsgərləri olduqlarını vurğulayıblar.

Qeyd edək ki, Yevgeni Priqojin iyunun 23-də axşam saatlarında rəhbəri olduğu “Vaqner” Özəl Hərbi Şirkətinin 25 minlik ordusu ilə Rusiya Müdafiə Nazirliyini silahlı birləşmənin mövqelərinə raket zərbəsi endirməkdə ittiham edərək qisas üçün Moskvaya doğru hərəkət etdiyini açıqlayıb. Onun bu açıqlamasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin istintaq idarəsində Priqojin barəsində silahlı qiyama cəhd maddəsi ilə cinayət işi açılıb. Yalnız Belarus prezidenti Aleksandr Lukaşenkonun apardığı danışıqlardan sonra Priqojin Moskva istiqamətində yürüşü dayandırıb. Kremlin sözçüsü Dmitri Peskov Priqojin barəsində açılan cinayət işinə xitam veriləcəyini, onun Belarusa gedəcəyini, “Vaqner” üzvlərinin isə Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağını söyləyib.




Paylaş:


Müəllif : Tarix:
10-07-2023, 14:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər