Rusiya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Rusiya və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin XİN rəhbərlərinin Fars körfəzindəki üç adayla bağlı bəyanatlarına görə etiraz edilib.
Qeyd edək ki, bazar ertəsi Moskvada Rusiya və KƏŞ arasında strateji dialoq çərçivəsində xarici işlər nazirləri səviyyəsində danışıqların altıncı mərhələsi keçirilib. Yekunda tərəflər birgə bəyanat və 2023-28-ci illər üçün birgə fəaliyyət planı qəbul ediblər.
Sənəddə deyilir ki, nazirlər Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsünü və onun üç ada - Böyük Tombe, Kiçik Tombe və Əbu Musa - məsələsinin ikitərəfli danışıqlar yolu ilə və ya BMT Beynəlxalq Məhkəməsində sülh yolu ilə həllinə nail olmaq səyləri də daxil olmaqla, bütün sülh səylərinə dəstəyini bir daha təsdiqləyirlər.
İran XİN nümayəndəsi bu adaların İrana aid olduğunu vurğulayaraq, Moskvanın bu məsələdə mövqeyinə düzəliş etməyə çağırıb.
Adıçəkilən adalar Fars körfəzinin strateji əhəmiyyətli bölgəsində yerləşir. Onların mənsubiyyəti BƏƏ və İran hakimiyyəti tərəfindən mübahisələndirilir.
Mənbə: Tasnim
Paylaş:
Müəllif : Yazar
Tarix:12-07-2023, 16:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər