Qarabağda yeni savaş ANONSU... - QAÇILMAZDIR...
Ermənilər öz təxribatlarından əl çəkmirlər. Qarabağdakı qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya (kəşfiyyat) qurğularını quraşdırmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa erməni silahlı dəstələrinin üzvləri Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərimizi də atıcı silahlardan atəşə tutublar. Həmçinin Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətlərində yerləşən hərbi bölmələrimizi də atəşə məruz qoyublar.
Qeyd edək ki, iyulun 11-i saat 16:00 radələrində də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.
"Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.
Məlumat üçün deyək ki, son günlər həm Ermənistanla şərti sərhədlərdə, həm də Qarabağda erməni təxribatları intensiv hal almaqdadır.
Məlumata görə, düşmənin təxribatçı əməllərini "Sherg.az"a dəyərləndirən hərbi ekspert Alparslan İmamqulu bildirib ki, istər Qarabağda, istərsə də şərti sərhədlərimizdə baş verən təxribatlar birmənalı olaraq Rusiya tərəfindən həyata keçirilir. Ekspertin sözlərinə görə, Cənubi Qafqazdan çəkilmək istəməyən Rusiya, o cümlədən sülhməramlı qüvvələr davamlı olaraq hərbi-siyasi fəaliyyəti sürdürür, çirkin əməllərini davam etdirirlər:
"Bununla da regionda öz maraqlarını həyata keçirməyə cəhd göstərirlər. Nəticə etibarı ilə daxili ərazilərimizdə terrorçu qüvvələrin silahlandırılması, şərti sərhədlərimizdə bir sıra keçid məntəqələrinin nəzarətimizdə olmasına baxmayaraq, digər yollar və vasitələrlə ermənilərə logistik dəstək verilməsi halları baş verir. Şimaldan-cənuba, həmçinin Naxçıvanla həmsərhəd bölgələrdə, bütün şərti sərhədlərdə düşmənin təxribatlar törətməsi birmənalı olaraq Rusiyanın Ermənistan ordusuna nüfuz etməsi və diktəsi ilə baş verir. Rusiya hələ də Ermənistanda nüfuz sahibidir. Ermənistanın bir sıra siyasi qanadları, o cümlədən ordu korpusları hələ də Rusiyanın əmrində hərəkət etməkdədir".
A.İmamqulu vurğulayıb ki, təxribatların qarşısını almağın yeganə yolu Azərbaycanın daxili ərazilərində genişmiqyaslı antiterror əməliyyatlarına başlamasıdır:
"Bataqlığın qurudulması düşmənin növbəti fəaliyyətlərinin qarşısını alacaq. Əks halda bu cür təxribatlar davamlı olacaq. Nə qədər ki, bölgədə Rusiyanın maraqları var, təxribatlar gözləniləndir. Qarabağda keçiriləcək antiterror əməliyyatından sonra növbəti mərhələdə belə əməliyyatlar Ermənistanla şərti sərhədlərimizin ötəsində keçirilə bilər. Çünki ermənilərin təxribatları şərti sərhədlərimizdə də davamlı olacaq. Necə ki, Türkiyə bu gün Suriya və İraqda antiterror əməliyyatları həyata keçirir, Azərbaycan da bu cür əməliyyatların icrasında tam haqlıdır. Əgər həmsərhəd dövlət öz ərazilərindəki terrorçuların öhdəsindən gələ bilmirsə, eleyhimizə istifadə edirsə və ya onların hərəkətlərinə cavabdehlik daşımırsa, o zaman həmin ölkə ərazisində antiterror əməliyyatı keçirilə bilər. Ancaq bir daha deyirəm, bundan öncə daxili ərazilərimizdəki çirkab qalıntılarının təmizlənməsi istiqamətində genişmiqyaslı antiterror əməliyyatı keçirməliyik".
Paylaş:
Müəllif : Yazar
Tarix:12-07-2023, 16:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər