Liderlərin Brüssel görüşü: Sülh olacaqmı? - GƏLİŞMƏ
Bu gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Qeyd edək ki, tərəflər arasında keçiriləcək növbəti Brüssel formatından da gözləntilər böyükdür.
Bu görüşdə də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzanlanması üçün daha bir addımın atılması gözlənilir. Həmçinin, bir çox mühüm məsələlərin müzakirəsi olunacağı və müəyyən razılıqların əldə oluna biləcəyi də proqnozlaşdırılır.
Ümumiyyətlə, bugünkü Brüssel görüşündən əsas gözləntilər nələrdir?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, bu gün Ermənistan-Azərbaycan münasibətilərinin tənzimlənmə prosesi bir neçə formatda getməkdədir:
"Bəziləri həqiqətən tənzimlənmə prosesi aparır, bəziləri isə prosesi aparırmış kimi özünü göstərir. Xatırladım ki, ilk başlanğıcda üçtərəfli Bəyanata görə əsas format Moskva formatı idi. Ardınca isə Avropa İttifaqının Brüssel formatı və ABŞ-ın Vaşinqton formatı formalaşdı.
Artıq tənzimlənmə prosesində Moskva formatının bitirdiyini deyə bilərik. Çünki Rusiyanın daxilində sabotajlar getdi, həm də oradakı erməni lobbi qrupu bu formata müəyyən təsirlər etməyə çalışdı. Bir sözlə, Moskva formatı özünü doğrultmadı.
Baxmayaraq ki, Brüssel görüşü öncəsi də məhz bu format çərçivəsində bir görüşün keçirildiyi kimi görüntü verildi. Yəni Azərbaycanla Ermənistanın baş nazirlərinin müavinləri arasında sərhəddə delimitasiya və demarkasiya məsələlərini əhatə edən mövzular müzakirə olundu.
Bu görüş irəlidəki Brüssel və Vaşinqton formatından öncəki görüş kimi görünürdü. Ümumiyyətlə, Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda sülh və sabitliyi Azərbaycandan görür. Ona görə də rəsmi Bakının təşəbbüsləri qəbul edilir".
Onun sözlərinə görə, hazırda Vaşinqton formatında bu ilin sonuna qədər sülh sazişinin imzalanması ilə bağlı Ermənistana təzyiqlər var:
"Eyni təzyiqlər rəsmi İrəvana fərqli formada həm də Brüssel formatı çərçivəsində var. Düşünürəm ki, bugünkü görüşdən gözlə görülən nəticə çıxarıla bilər.
Avropa İttifaqının Ermənistana ayırdığı 2,6 milyard avroluq layihə məhz bu görüşlərdə köçürülür. Ona görə də həmişə Ermənistanın Moskva formatından fərqli olaraq, Brüssel formatındakı addımları nəzərə çarpacaq dərəcədə olur.
Ümumiyyətlə, tərəflər arasında indiyə qədər cəmi 2 siyasi razılaşma olub. Onların hər ikisi də Brüssel formatı çərçivəsində əldə olunub".
Politoloq vurğulayıb ki, Ermənistan birmənalı olaraq razılaşmaya getməlidir:
"Üçtərəfli Bəyanatın 4-cü bəndi icra olunmalıdır. İstər Vaşinqton, istərsə də Brüssel formatında məhz həmin 4-cü bəndin təcili icra olunması məsələsi əsas müzakirə mövzusudur.
Yəni qeyri-qanuni erməni silahlı birləşmələri ərazilərimizi tərk etməlidirlər. Paralel olaraq, üçtərəfli Bəyanatın 9-cu bəndi də həyata keçməlidir. Orada Azərbaycan vətəndaşların Laçın yolu və Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana getmək imkanları nəzərdə tutulub.
Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Düşünürəm ki, bugünkü görüşdə də əsas müzakirələr bu istiqamətdə gedəcək. Hətta Ermənistanın gözlə görünən razılaşmaları da ola bilər.
Azərbaycan qəti olaraq məsələni bu istiqamətdə qoyub ki, 4-cü bəndin icrası digər tərəflərin iştirakı ilə olmalıdır. Əks təqdirdə, Azərbaycan Ordusu bunu özü həyata keçirəcək. Hazırkı mərhələdə bunu Azərbaycan Ordusunun etməsi daha legitimdir və bizim milli maraqlarımıza cavab verir.
Çünki qarşı tərəf burada iştirak edirsə, o həm də bizdən müəyyən imtiyazlar əldə etməyə çalışa bilər. Yəni bizə minnət qoya bilər ki, proseslər "bizim iştirakımla tənzimləndi".
Amma bunu ya Ermənistan özü, ya da Azərbaycan Ordusu edəcək. Onu da qeyd etmək lazımdır ki, hər görüş ərəfəsində Rusiya və Ermənistan tərəfindən dirənişlər olur. Hazırda da bunları izləməkdəyik".
Paylaş:
Müəllif : Fuad
Tarix:15-07-2023, 13:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər