Qarabağ erməniləri RƏSMƏN QAŞINIR - Bunun BAŞQA ADI YOXDUR
“Qarabağın müstəqilliyinin tanınması məqsədi ilə BMT-yə müraciət etmək doğru addım deyildi. Bu addım daha çox yaranmış böhrandan çıxmaq ümidi ilə atılıb. Mənim şəxsi fikrim budur ki, indiki halda bu prioritet deyildi. Şəxsən mən bu addımı atmazdım”. Regionxeberlericom.az JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, bu sözləri Qarabağ separatçılarının nümayəndəsi Davit Babayan deyib.
O bildirib ki, tez-tez BMT-yə müraciət etmək qeyri-cddilikdir. “Biz 2020-ci ildə də BMT-yə müraciət etmişik. Lakin heç bir cavab almadıq. Başa düşürsünüz ki, siz müraciət edəndə onlar sizin ərizənizə məhəl qoymayanda, özünüzə ziyan vurursunuz? Sizi qeyri-ciddi qəbul edirlər”.
O bildirib ki, Qarabağdakı separatçılar Azərbaycanın tərkibində yaşamaq fikrində deyillər. “Mövqeyimiz dəyişməyib. Qarabağın Azərbaycanın tərkibinə keçməsinə razılaşmayacağıq. Əgər söhbət artan təzyiqlərdən gedirsə, o zaman iki yolumuz qalır. Birincisi, hamılıqla müharibəyə qatılıb, mübarizəyə başlamalıyıq. İkincisi, hamılıqla Qarabağı tərk etməliyik”.
Babayan Azərbaycanın Laçın yolunu bağlamasını dolayısı ilə təqdir edib. O bildirib ki, Azərbaycan düzgün siyasətlə buna nail olur. “Bizim üçün nə qədər ağrılı olsa da, bu həqiqətdir ki, azərbaycanlılar öz milli maraqlarını dişləri ilə qoruyurlar. Əliyev özü də dedi ki, dünya onu Qarabağın müstəqilliyini tanımağa məcbur edirdi. Lakin o, buna yol vermədi, müqavimət göstərdi və qalib gəldi. Bəs, biz nə edirik? Biz ancaq güzəştə gedir, itirirk. Özü də könüllü olaraq”.
Separatçıların nümayəndəsi onu da deyib ki, BMT-yə üzv dövlətlərin hava dəhlizinin açılması və Qarabağa humanitar yardım göndərilməsi də daxil olmaqla əməli addımlar atacağına ümid etmir. “Onlar bunu etməyəcəklər. Çünki bunda heç bir maraqları yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-07-2023, 10:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər