reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycan Ermənistanın nazı ilə bundan sonra nə qədər oynaya bilər? - HƏQİQƏTƏN DƏ...

reklam

Azərbaycan Ermənistanın nazı ilə bundan sonra nə qədər oynaya bilər? - HƏQİQƏTƏN DƏ...


Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində kvadrokopter xüsusi texniki vasitələrlə endirilib. Ekspertlərin fikrincə, Ermənistanın sərhəddə kəşfiyyat uçuşları həyata keçirməsi onun Azərbaycan mövqelərinin koordinatlarını çəkmək, buna qarşı təxribatlar təşkil etmək hazırlıqları kimi başa düşülə bilər. Ona görə də sərhəddə mümkün təxribat ehtimalları güclənir.

Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, bu cür təxribatlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqları və onun nəticələrini korlamaq cəhdlərinə xidmət edir. Analitik vurğulayıb ki, Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin etməkdən ötrü prosesi Ermənistana münasibətdə şərti sərhəd anlayışından çıxarıb dəqiq koordinatlar müstəvisinə köçürmək çağırışlarını həyata keçirir

"Sərhədlərin diplomatik-siyasi yolla delimitasiyasına dair danışıqlar istənilən nəticəni verməyəndə təhlükəsizlik zonası yaratmaq üçün sərhəddə hərbi möhkəmlənmə işləri aparmağı vacib sayırıq. Proses Azərbaycanın Ermənistanla sərhəd boyunca İrəvandan tələb etdiyi bufer zonanın son nöqtəsinin təmininə qədər davam edə bilər. Bu, delimitasiya, Zəngəzur dəhlizi layihəsi və Azərbaycanın gələcək təhlükəsizliyi kontekstində əhəmiyyətli məqamdır. Ermənistan isə Azərbaycanın şərt və tələblərini icra etmək üçün davamlı hərəkətliliyində fasilə yaratmağı planlaşdırır. Buna görə də sərhəddə təxribatlara əl ataraq Azərbaycanın artan diplomatik-siyasi və hərbi təzyiqləri önündə alternativ formalaşdırmağa çalışırlar. Lakin bunun nəticə verəcəyini proqnozlaşdırmaq olmaz. Çünki Azərbaycan yeni silahların alınması, Silahlı Qüvvələrin peşəkarlığının artırılması, Türkiyə ilə strateji müttəfiqlikdən irəli gələn koordinasiyanın qurulması hesabına özünün hərbi qüdrətini artırır. Ona görə də Ermənistan sərhəddə təxribatlarını davamlı edərsə, Azərbaycan buna adekvat cavablar verəcək. Bununla da Bakı təhlükəsizlik zonası ilə bağlı tələbini hərb gücü ilə təmin edə və regionun konfiqurasiyasında fərqli bir cığır aça bilər".




Paylaş:


Müəllif : Tarix:
10-08-2023, 09:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər