reklam
Regionxeberlericom.az » Siyasət » Ukraynada Rusiya səfirliyinin ərazisi hansı ölkənin mülkiyyətindədir? - FOTO

reklam

Ukraynada Rusiya səfirliyinin ərazisi hansı ölkənin mülkiyyətindədir? - FOTO

“Hazırda Rusiyanın Ukraynadakı səfirliyi fəaliyyət göstərmir. Orada bir nəfər də olsun Rusiya səfirliyinin əməkdaşı yoxdur. Bundan başqa, səfirliyin yerləşdiyi torpaq sahəsi Kiyev Şəhər Şurası tərəfindən müsadirə edilib”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna Ali Radasının deputatı Dmitro Bilotserkovets bildirib.

“Doğrudur, həmin mülkiyyət Rusiyaya məxsusdur. Odur ki, Ukrayna Xarici İşlər Nazirliyi həmin mülkiyyətin işğalçının deyil, Ukrayna xalqının mənafeyinə xidmət etdiyi barədə təşəbbüs göstərməlidir. Kiyev Şəhər Şurasının digər təşəbbüslərinə gəlincə, Rusiya səfirliyinin qarşısında 2021-ci ildə Boris Nemtsovun adını daşıyan bağ salınıb. Həmin şəxslərin adları Kiyevdə bağların salınması yolu ilə əbədi yaşayacaq. Səfirlik üçün müharibəyə qədər nəzərdə tutulan yeni ərazi də 2015-ci ildən müsadirə olunub. Hazırda həmin ərazidə də bağ salınıb. O, Ukraynanın məşhur şəxslərindən birinin adını daşıyacaq. Onun adı bu yaxınlarda açıqlanacaq” - o, əlavə edib.







Paylaş:


Müəllif : Tarix:
11-08-2023, 15:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər