reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ Rusiya elitasına qarşı sanksiyalar siyahısını genişləndirir

reklam

ABŞ Rusiya elitasına qarşı sanksiyalar siyahısını genişləndirir


















Amerika Birləşmiş Ştatları Rusiyanın dörd tanınmış investorunuı və bir Rusiya biznes assosiasiyasını sanksiyalar siyahısına əlavə edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) hədəf aldığı 4 nəfər Rusiyanın ən böyük maliyyə və investisiya qurumlarından biri olan “Alfa Group” Konsorsiumunun müşahidə şurasında təmsil olunur.

Qeyd olunur ki, sanksiyaya məruz qalan Rusiya elitaları Petr Oleqoviç Aven, Mixail Maratoviç Fridman, German Borisoviç Xan və Aleksey Viktoroviç Kuzmiçevdir.

Açıqlamada sözügedən şəxslərə daha əvvəl Avstraliya, Kanada, Avropa Birliyi, Yeni Zelandiya və Böyük Britaniya tərəfindən də sanksiya tətbiq edildiyi bildirilib.

ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib ki, varlı Rusiya elitası, Kreml Ukrayna xalqına qarşı müharibə apararkən, öz işlərini hər zamanki kimi davam etdirə biləcəkləri fikrindən azad olmalıdırlar:

“Beynəlxalq koalisiyamız Ukraynanın haqsız və əsassız işğalına şərait yaradanları məsuliyyətə cəlb etməyə davam edəcək”.




Paylaş:


Müəllif : Tarix:
11-08-2023, 21:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər