reklam
Regionxeberlericom.az » Siyasət » İranda saxlanılan Fəridin anası: - "Bəlkə də poçtla göndərəcəklər"

reklam

İranda saxlanılan Fəridin anası: - "Bəlkə də poçtla göndərəcəklər"


İranda saxlanılan azərbaycanlı gənc Fərid Səfərliyə son məhkəmə olmadan hökm oxunacaq.

Bunu Cebhe.info-ya Fərid Səfərlinin anası Dilarə Səfərova deyib.

O, öz oğlunun işi üçün vəkil tutub və vəkil qərarın poçt vasitəsilə bildirləcəyini qeyd edib:

“Vəkilin sözlərinə görə, hakim son məhkəmə olmadan da qərar verə biləcəyini deyib. Hələki qərar verilməyib, bəlkə də hakim qərar verib, onun verdiyi qərar Fəridə bir neçə gün ərzində poçt vasitəsilə çatacaq. Fəridlə dünən danışdım, hələ qərarı almadığını bildirdi”.

Azərbaycanlı gəncin anası oğlunun həbsdə olduğu müddətdə kor bağırsağından əməliyyat olduğundan indi xəbər tutduğunu bildirib:

"Fərid yaxşıdır, sən demə orada əməliyyat olub, məndən gizlədirmiş. Dünən danışanda təsadüf nəticəsində, sözümü səhv başa düşərək ağzından qaçırdı. Məcbur olub açıb dedi. Mənə demək istəmirdi”

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib.

Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.

Xarici İşlər Nazirliyinin məlumatına görə, 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.





Paylaş:


Müəllif : Tarix:
12-08-2023, 08:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər