reklam
Regionxeberlericom.az » Siyasət » Qərbi Azərbaycan İcması Belçikanı Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırıb

reklam

Qərbi Azərbaycan İcması Belçikanı Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırıb


Qərbi Azərbaycan İcması Belçikanı Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırıb.

Bu barədə İcmanın yaydığı açıqlamada bildirilib.

Belə ki, Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər nazirinin “blokadanın aradan qaldırılması” ilə bağlı 2023-cü il 12 avqust tarixində səsləndirdiyi reallıqdan tamamilə uzaq, qərəzli fikirlərini qınayır və Belçikanı Ermənistanın manipulyasiya siyasətinə aldanmamağa, ölkələrin suverenliyi, ərazi bütövlüyü məsələsinə münasibətdə selektiv yanaşmadan çıxış etməməyə və Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırıb.

“Belçikanın xarici işlər nazirinə xatırladırıq ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bir ərazi mövcud deyildir.

Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər nazirini erməni həmkarı ilə növbəti təmaslarda, o cümlədən özünün anons etdiyi regiona gözlənilən səfəri zamanı Qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini rəsmi İrəvan qarşısında qaldırmağa çağırır”, - açıqlamada vurğulanıb.




Paylaş:


Müəllif : Tarix:
12-08-2023, 16:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər